Гуру Песен Популярное
А Б В Г Д Е Ж З И К Л М Н О П Р С Т У Ф Х Ц Ч Ш Э Ю Я
# A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z

Okaber - Sarkazm (2014) | Текст песни

Pesni.guru - сайт для Гуру

Dözülməz ağrı kimidir insan izdihamı,
Xiyabanlara köçən dahilər indi hanı?
Ölü evdən səhnələr, iblisin intiqamı,
Xarabadan qeydlər və mən, xəbərsizəm.

Nə qədər düzünü yazsan da tarixə, alınmır,
Buralarda güllələnmə təxirə salınmır.
Qalın tarix kitablarından da iyrənirəm,
Onlar bizi iynələyirlər, mən xəbərsizəm.

Hər inqilabdan sonra adı dəyişən parkam mən,
Ortada qalan mən, azalan, artan mən.
Tarixə düşmüşəm, sən coğrafi əzariyə,
Daş qoydun tərəziyə, mən xəbərsizəm.

Düşüncə ölüb, pis günə düşüncə ölüb,
Bədənlər gördüm ki, mən illər öncə ölüb.
Ruhlarını görə bilmədim, amma məncə, ölüb,
Bilmirəm, səncə, ölüb? Çünki, mən xəbərsizəm.

Üzümü çevirim sizə, yağdırın tərifləri,
Ədəbiyyatda biz bu dövrün ədibləri.
Sarkazma düzmüşəm, burda hərifləri
Bilmirəm, nədir tələbləri? Mən xəbərsizəm.

Öldürə bilər məni həsrət, bir də gümüş güllə,
O bəstələdi, mən də yazdım 5-10 cümlə.
Deməli, bu oyunlarda sən önəmli deyilsən,
Bəlkə də nə isə deyirsən, mən xəbərsizəm.

Yenə də oxuyar mollanız xütbələr,
Sırtılan sifətlər bir az da ütülənər.
Tanrını unudanların imanı bütlərə,
Kim necə, harda lütlənər, mən xəbərsizəm.

Hər ötənə yar olan gəlir vətənə dar
Və əxlaqsızda belə bir ənənə var.
Soyunur, geyinir, əşi, sənə nə var?
Ya da ki, mənə nə var? Mən xəbərsizəm.

Fərasət axtarırdılar, tapıldı özümüzdə,
Ya bizlə çiyin-çiyinəsən, ya da ki, önümüzdə.
Gizli yaşayanlar da var, ölüb üzdə,
Eşitdin, sözü gizlət, mən xəbərsizəm.

Siz allahlaşdıranda tiranları,
Axtarırdım dövrümdə, tapdım fironları
Və göylərə qalxanda fəryadı girovların,
Hara atıb tilovlarını? Mən xəbərsizəm.

Nə udmağın bilindi, nə də uduzmağın,
Danışmağından da qiymətlidir susmağın.
Deyəsən, unutmusan, kimdir ustadın,
Nələr çəkir dustağın, mən xəbərsizəm.

İyrənc görsənir, saxtadırsa hörmətin,
Cənnətin divarlarına bir kərpic hörmədin.
Nə yaşamadım mən, nə də ölmədim,
Danışmadım, eşitmədim, görmədim, xəbərsizəm.


Другие названия этого текста
  • Okaber - Sarkazm (2014) (0)
  • ***X-AU-S*** - Men Xebersizem (0)
Статистика страницы на pesni.guru ▼
Просмотров сегодня: 1
Видео
  • Okaber - Sarkazm Okaber - Sarkazm
    Video by Okaber performing Sarkazm. © 2014, MadHouse Community, LLC. Facebook ...
  • Okaber - Sarkazm (Promo) Okaber - Sarkazm (Promo)
    Promo video for Sarkazm solo concert of Okaber. © 2014, MadHouse Community , LLC ...
  • Okaber - Sarkazm (Video Report) Okaber - Sarkazm (Video Report)
    Video review from Sarkazm solo concert of Okaber featuring Ali Khayyam, RG and DJ ED ...
  • Okaber - Sarkazm (Lyrics) Okaber - Sarkazm (Lyrics)
    2014 / Lyrics Facebook page : https://www.facebook.com/AzRapAllLyrics. Verse 1. Dözülmək ağrı ...
  • Okaber Sarkazm konsert - Boz Ay Okaber Sarkazm konsert - Boz Ay
    Okaber Sarkazm konsert - Boz Ay. Cemil Yusublu. SubscribeSubscribed ... right now ...
  • Okaber sarkazm Okaber sarkazm
    Okaber sarkazm ... Published on May 20, 2014 ... Cristiano Ronaldo Most Amazing Skills ...
  • Okaber Sarkazm konsert - Hediss Okaber Sarkazm konsert - Hediss
    Okaber Sarkazm konsert - Hediss ... Published on Dec 25, 2014 ... Новогодний концерт "Песня ...
  • Okaber-Sarkazm konseti Ruh batalyonu (LİVE ... Okaber-Sarkazm konseti Ruh batalyonu (LİVE ...
    Okaber-Sarkazm konseti Ruh batalyonu (LİVE). Turan FanatiKgFB ... not available ...