http://vk.com/azerbaycanmusiqisi
http://vk.com/vetenim
Getmək istəyirsən, bəhanəsiz get,
Oyatma mürgülü xatirələri.
Səsin həmin səsdir, baxışın ögey,
Gedirsən səsin də yad olsun, bari.
Sən dəniz qoynuna tullanmış çiçək,
Üstünə dalğalar atılacaqdır.
Saxta məhəbbətin saxta sənəd tək
Nə vaxtsa üstündə tutulacaqdır.
Demirəm, sən uca bir dağsan, əyil
Demirəm, əlacım qalıbdır sənə.
Nə səndə məhəbbət qara pul deyil,
Nə mən dilənçiyəm, əl açım sənə.
Döşənim yollar tək ayaqlarına,
Sənə yalvarım mən, bu mümkün deyil.
Qoymaram qəlbim tək vüqarım sına,
Alçalıb yaşamaq ömür-gün deyil.
Getmək istəyirsən, o yol, o da sən,
Bir cüt göz baxacaq arxanca sənin.
Getdinmi, geriyə dönmək istəsən,
Tikanlı yastığa dönəcək yerin.
Getmək istəyirsən nə danış nə din
Yox ol uzaqlartək dumanda çəndə
Nəyimi sevmişdin diyə bilmədin
İndisə yüz eyib görürsən məndə
Getmək istəyirsən, bəhanəsiz get,
Oyatma mürgülü xatirələri.
Səsin həmin səsdir, baxışın ögey,
Gedirsən səsin də yad olsun, bari.
[ Flora Kərimova ] еще тексты
Другие названия этого текста
- [ Nüsrət Kəsəmənli ] - Bəhanəsiz get (0)
- [ İzzət Bağırov ] - Bəhanəsiz get (0)
- [ Flora Kərimova ] - Bəhanəsiz get (0)
Оценка текста
Статистика страницы на pesni.guru ▼
Просмотров сегодня: 3