Bəlkə də gəlib artıq, bəlkə də sondu bu, Dünən 10 nəfər idilər, indi milyondu bu. Edam günü yaxınlaşır qanlı zəncirlərlə, Tikanlı məftillərlə bağlı qarnizondu bu. (x2)
Verse 1: Kömək etməz sənə şeytana prototip ikonalar Və nə qədər cibdə pul olar və portatifdə pornolar. Kamuflyaj ekipirovkada, bu tipdə formalar, Kömək etməz ideyalogiya, prinsip və normalar. Yorulmadan yazıram, qanadım yox uçmağa, Nifrətim yetəri qədərdi bu mövzunu açmağa, Çoxdu “Rusiyət”ə qaçmağa, paqona dolan millətim qədər, Bilirsən, çoxdur mənim paqona olan nifrətim qədər. Nə qədər çağırdılar, mən səs vermədim səsinə, Özünə inanmır, lazım day-day, qohum, beləsinə, Soxum beləsinə, sözlərimi bəlkə başa düşsün, Yıxılsın, dursun, ilişsin, bəlkə boşa düşsün. Bizimki şərəfimiz, dırnaqarası yolumuz var, Zəifləri vurmağa qüvvətimiz, qolumuz var. Ramil Səfərov üçün verilişlərdə pul dilənirdik, Halbuki Macarıstanı alacaq qədər pulumuz var.
Chorus: Bəlkə də gəlib artıq, bəlkə də sondu bu, Dünən 10 nəfər idilər, indi milyondu bu. Edam günü yaxınlaşır qanlı zəncirlərlə, Tikanlı məftillərlə bağlı qarnizondu bu. (x2)
Verse 2: İntizam taborunda yarım sutka haupt vaxtda, Fərqi yox ki, torpaqda fərqi yox tabut taxta. Çürüdüm, sübut laxta qanı tutaraq kobud saxta an, Ümidimi vurdu şaxta, yan keçmədi, O təkcə qan içmədi. Burdan insan keçmədi, buralar qarnizondu, Nə qədər istəyirsən qışqır, sonsuz diapazondu. Onsuz da itirmisən, ağlama ötən üçün, Nə gözəldir ölmək bizə sevgili Vətən üçün. Bu mənim kəşfiyyatım, məni insanlar qınayır, Körpələr Həzi Aslanovu stansiya kimi tanıyır. Qurun konslager-lər, qaytarın repressiyanı, Göndərin nə qədər, öldürün, söndürün aqressiyanı. Nə qədər gec deyil, yazılarımı tapın, yandırın, Qarnizondan şəhərə dolan qurdlarımı qırdırın, Bizi tanıyan tanıyır, müharibə davam edir, Davam edir müharibə!
Chorus: Bəlkə də gəlib artıq, bəlkə də sondu bu, Dünən 10 nəfər idilər, indi milyondu bu. Edam günü yaxınlaşır qanlı zəncirlərlə, Tikanlı məftillərlə bağlı qarnizondu bu. (x2)
Ələ keçirmə yarımqrupundayam. Şok atəşindən sonra ölüm bölgəsinə girərək əsir, sənət, silah nümunələri götürüb geri çəkilirəm.