Quru qamışdan hörülmüş gəmisində yeni dənizlər axtarır. Soyuğ və özgə dalğalar arasında o yenə tək qalıb Ayaq altı sular çox dərin, tapıb xoşbəxtlik tanıyıb dərdi Gəzir, ölüm hər tərəfdən ləpələr gətirər, yelkəninə külək sərin Hərə öz kiçik daxmasında bu həyata bağlanır, Yüzlərlə insanların arasında hamı əslində tək qalıb Xoşbəxtlik ya da bədbəxtlik hər kəs yaşayır kiçik hekayəsin Həyatdan ölümə gedən yol qısa bir neçə addımlıq məsafəsi Mən də bu dalğaların arasında yeni ümidlər axtarıb Maraqsız boz günlərin arasında rəngli mahnılar yaradıb Sev, unut, nifrət elə, görmə, hirslən, Amma səni rəngləyəcək dəli rəssam
Gör, necə günəş gətirər Ümidlər Bax, bizi çağırır göylər qayıdırıq Evə Gör, necə gecə gizlədər, sevgilər Biz, yaşayırıq bir təhər, yaşayırıq birtəhər
Hərə öz qısa həyatını birtəhər yaşayır.
Lyrics: Qaraqan Vocal: Pınar Alekperzadeh Mixing and Masterin: Nadir Nagdpul Sound recording: Emre Banditbeats Recording studio: MadHouse Video : Nelson Boles Year: 2013