SADƏ BİR QIZ - Uran Bu repin sözlərinə diqqətlə qulaq asın: Dayanacaqda dayandı avtobus. Mindi bir qız sadə bir qız Sifəti kosmetikasız dodaqları pomadasız Əlində balaca çanta. Oturdu qıraqda. Sakitcə. Tək. Yalnız. Arsız baxışları önündəki oğlanın Mənasız söz atışları önündəki oğlanın Onu heç cürə fikirlərindən ayırmır yox O mənliyini sındırmır yox mənəviyyatin ipini qırmır Gözləri verir daxili aləmindən balaca soraq anlaşılmaz maraq O içində ağlayaraq kədərini gizlədir Amma qızarmış gözləri yanaqları çox şeyi biruzə verir Sanki qizin əvəzinə deyir necə o içini yeyir Özün hiss edir tənha geyiminə fikir verə bilmir Çünki geyim indi çox baha Rəfiqələri onu muasir hesab etmir daha Köhnə ayaqqabılarının sökülmüş yerlərini örtür Kurtkasının vaxtı keçib dəri çox kələ kötür Ötüb keçir yanından bahalı geyimli qızlar Sadə qızsa danışmaz zərif qəlbi sızlar Onun ailə vəziyyətini yoxdur bilən Atasız böyüyən qız hərdən deyən-gülən tanışlarına qarışmaq istəyir İrəli addımlamaq öz bədbəxt taleyi ilə barışmaq istəyir
Sadə bir qız ürəyi saf təmiz Həyatında yoxdur insafdan iz Uşaq qəlblidir ona toxunmayın! O öz aləmindədir manə olmayın
Qızın yadından çıxmır 14 fevral Rəfiqələri alır al qızılgül öz oğlanları ilə görüşür neçəsi şəhərdə Yazıq sadəlövh qız isə oturub həmişəki kimi tək-tənha evdə Vərəqləri əzilmiş xatirə dəftərinə baxır. Ürək sözləri zarafat etiraf sevgi haqda fikir Bütün bunlar onu sıxır. Daxili ehtiyac maddi ehtiyac fikirlərini yıxır Hər gecə xəyallarinda canlandırır bir oğlan Hansı ki onun dərdinə yanan kefini alan Əlini cibində qoyan saçlarını sığallayan Təntənəli gecədə sadə qızla bal rəqsi oynayan Atlı cəngavər oğlan qızın əlvan xəyalları O bəzən başa düşmür bunları Başa düşmür niyə oglanlar ona tərəf baxmır? O gözəl dəyil? Yox! Onda suni gözəlliyə yox meyl! Onun sadəliyi ürəyinin təmizliyi Sanki buna görə onu qəyri-adi hadisələr izləyir Institutdan çıxıb evə donərkən Qarşısında bir uşaq dilənərkən o 500 manat verəcək Fikirləşmir ki evə piyada gedəcək Fikirləşmir evə gec çatıb anasına nə deyəcək Fikirləşmir tələbə yoldaşları onu görüb güləcək Fikirləşir cırıq paltarlı uşaq bu gün nə yeyəcək
Sadə bir qız ürəyi saf təmiz Həyatında yoxdur insafdan iz Uşaq qəlblidir ona toxunmayın! O öz aləmindədir manə olmayın
Qayıdağın avtobusa. Qızın göz yaşlarının səbəbini axtaraq Daraq qələm dəftər 2-3 min pul vəsiqə Gözləri dolmuş qız nə düşünür bu dəqiqə? Əlində çantadan çıxardığı bir vərəqə Belkə sevgi məktubudur ? Uyğun deyil məntiqə O baxır kağıza. Belkə nəsə xoş xəbərdir? Belə təsir edir bu uşaq qəlbli sadə qıza Əslindəsə əlində tutduğu kağız bir elandır Bara ofisiantka lazım axşam 10-dan sonra yalandır! Qız düşünür: Anası xəstə qadın təqaüdçü evdə qalandır Kasıbçılıq çox yamandır Getsinmi bu işə pula görə ? Güzəran çətin Ürəyində mübarizəsi gedir pozğunluqla mərifətin Həkimin dərmanin geyimin evin pulu borclar Qalar ailənin üzərində vəziyyət daha pis olar Hirsindən ağlayır qız namus onu boğur Işsizlik zəmanə qara fikirlər doğur Avtobus durur. Qız düşüb evə tərəf dönür. Maşın uzaqlaşır. Sadə qız gözdən itib sönür