Гуру Песен Популярное
А Б В Г Д Е Ж З И К Л М Н О П Р С Т У Ф Х Ц Ч Ш Э Ю Я
# A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z

Abbas Bagirov - Nazende Sevgilim | Текст песни

Dəydi saçlarıma bahar küləyi,
Nazəndə sevgilim, yadıma düşdün.
Hərənin baxtına bir gözəl düşər,
Son də təkcə mənim adıma düşdün,
Nazəndə sevgilim, yadıma düşdün.
Sənsiz dağ döşünə çıxdım bu səhər,
Ötdü qumru kimi gur şəlalələr.
De, niyə yalqızsan, sordu lalələr,
Qövr etdi niskilim, yadıma düşdün,
Nazəndə sevgilim, yadıma düşdün.
Bir müddət dost kimi gəzdik yanaşı,
İncitdim qəlbini, mən oldum naşı.
Sənsiz, ey gözəlim, bağrımın başı
Oldu dilim-dilim, yadıma düşdün,
Nazəndə sevgilim, yadıma düşdün.
Gözlərim yoldadır, qulağım səsdə,
Səni unutmaram mən son nəfəsdə.
Ey ceyran baxışlım, ey boyu bəstə,
Ey tazə-tər gülüm, yadıma düşdün,
Nazəndə sevgilim, yadıma düşdün

Статистика страницы на pesni.guru ▼
Просмотров сегодня: 2
Видео
  • Abbas Bagirov - Nazende Sevgilim ( canli ifa ... Abbas Bagirov - Nazende Sevgilim ( canli ifa ...
    Söz - İslam Səfərli Mus - Andrey Babayev Facebook -https://www.facebook.com/ Abbas ...
  • Abbas Bagirov - Ay sevgilim Abbas Bagirov - Ay sevgilim
    Mahnini yuklemek uchun facebook sehifemize daxil ola bilersiniz ... Facebook - https ...
  • Abbas Bagirov - Dastanlar 2014 Abbas Bagirov - Dastanlar 2014
    https://www.facebook.com/www.abbas.az MP3: http://mp3.nostalji.az/index.php? adi=mp3&id=306.
  • Abbas Bagirov - Olmaz Olmaz Abbas Bagirov - Olmaz Olmaz
    Abbas Bagirov - Nazende Sevgilim ( canli ifa ) - Duration: 3:37. by ...