Гуру Песен Популярное
А Б В Г Д Е Ж З И К Л М Н О П Р С Т У Ф Х Ц Ч Ш Э Ю Я
# A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z

Ah Bir Gəlsən - Ali Sh - Ah Bir Gəlsən (Chorus: Ayşən Muradlı) | Текст песни

Ay, suya qərq elədin məni,
Gün çıxır, ay batır.
Günəş isidər qəlbimi, məni yenə ay atar.
Ay yatar, oyatmağa qıymaram,
O mənə tanrıdan ərmağan

İçində tutduğun bütün sözlər gözlərində gizli qalıb,
Qəlbinә yerləşəcəm, müsadənlə izni alıb.
Mən eşqi tapmış ikən, sәn indi bәs necә gedәrsәn?!
Nağıllarda bəhsedilən,o aşiqlər bizdik axı.

Yadında yaşamışdıq səninlə biz nələri,
Yadında eşqimizi mənim hamıdan gizləməyim.
Yadında bizə baxıb da qısqanardılar,
Yadında filmi yox da, sənin gözəl gözlərini izləməyim.

Hələ də hiss edirəm vücudumda əl izlərin,
Xətrinә dəysə kimsə yandırardım dənizləri.
Getməyi fikirləşmədim inan ki, bir an belə,
Bu qəfil əlvidanı, getməyi çox sən istədin.

Mən indi bu haldayam, sən sözündə durmadın deyə,
Düşərkən bağırmadım, tutub əlimdən qurtarın deyə.
Lənət olsun, bax mən indi ayaqı durammıram,
Sәnә qıymadım vә vuranda vurmadım deyə.

Әvvəl bir sözümlə əsərdi dizlərin sənin,
Mən inan bu həyatda ən çox bil istədim səni.
Gecəni səhər edib də, verirəm özümə təsəllilər,
Bəlkə də çox sevir və içində gizlədir məni.

Sənə yox nifrətim bil, bunun adı özləmim olar,
Ən böyük eybim sәnә ithaf olan sözlәrim olar,
Yenidən gəl yanıma, qaçır Ali'dən gözlərini,
Gözlərimə dərin baxma, inan ki, gözlərim dolar.

Unudaq hərşeyi biz, çıxıb da gəl yanıma,
Hələ də xatirən qalıb inan ki, hər yanımda.
Yenidən biz olaq gəl, saçlarını tök sinəmə,
Dünyanın döndüyünü unudardım, olanda sən yanımda.

Nəqarət:

Ay, suya qərq elədin məni,
Gün çıxır, ay batır.
Günəş isidər qəlbimi, məni yenə ay atar.
Ay yatar, oyatmağa qıymaram,
O mənə tanrıdan ərmağan

Geriyə qayıt gəl və cənnəti sәn vəd elə mənə,
Xətrinә dәyməmişəm, inan ki, bir dəfə belə.
Nә sәni sevәn tapılar, mәnimtәk, sevdiyim kimi,
Nә dә ki, sevәmmәrәm başqasını birdә mәn elә.

Hәrşeyi unudaram da, necə unudum gül üzünü?
Ömrümün baharından oğradın sən, gündüzümü.
Mən səni yazırdım, sən olanda şirin yuxunda,
Və birdə sən gedəndən daha içdən gülmür üzüm.

Düzü mәn әhv edәrәm, sәn bu qәlbi qırdın amma,
Əlimi buraxdın vә mənimçün dә durdu zaman.
Heçbiri deyil səmimi, baxma güldüyümə,
İçimdə qopmağa hazır, böyük bi fırtına var.

Götürüb qaçardım sәni, olsaydı әgәr iznim,
Yadında bir-birimizi buraxmarıq deyәn bizdik.
Bitdiyini belә mәn bir başqasından öyrәndim, yәni
Sәnin gözündә mәn bu qәdәr mi dәyәrsizdim?!

Eşqim bir binadı, qəlbim ən üst mərtəbəsi,
Dönərsən ümidləri səhərə qədər tir-tir əsib.
Sənə mən qəlbimi açdım, hətta nəfəsim dedim,
Lakin, geri verirmiş insan bax aldığı hər nəfəsi.

Ah Bir Gəlsən еще тексты


Другие названия этого текста
  • Ali Sh (Chorus: Ayşən Muradlı) - Ah Bir Gəlsən (0)
  • Ah Bir Gəlsən - Ali Sh - Ah Bir Gəlsən (Chorus: Ayşən Muradlı) (0)
Видео
Нет видео
-
Оценка текста
Статистика страницы на pesni.guru ▼
Просмотров сегодня: 1