Гуру Песен Популярное
А Б В Г Д Е Ж З И К Л М Н О П Р С Т У Ф Х Ц Ч Ш Э Ю Я
# A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z

AID & Vokal: Tomris - Satilmis sehneler | Текст песни

1ci verse:
Satılmış səhnələrdə qeyrətdən oxumaq kimidir,
Yalançı olmaq, atadan xəbərsiz doğulmaq kimidir.
Nə qədər olar həssas damarlardan asılı qalmaq?!
Nə qədər olar ümid vermək adıyla mahnı yazmaq?!
Nə qədər olar həyatdan danışmaq sən ölmüsənsə?!
Səhnənin sənə bəxşi – çürümüş irsə dönmüsənsə
Səhər sevgidən yazıb, gecələr qəlb qırmaq
Nə qədər olar çiyinləri tapdalamaqla ayaqda olmaq?!
Xalqın gözünə baxıb oxumaq, cibini düşünüb yazmaq
İsti alqışlar içdə buz qəlbdən üşüyüb azmaq
Xəyanət yatağında doğulanda səmimi sevgi mahnısı
Kimsə də xəyanətə dözməyib istəyir özünü asmaq
Yalan dediklərivin qabağında bacarsan düz dur
Həyat verir, alır, elədiklərin qayıdır bu düstur
Səhnələr satılıb artıq qələmə kağıza yox ehtiyac
Artıq hisslər də mahnılardan çoxdan edib merac

Nəqarət:
Dəyişdikcə illərlə, bütün sevgilər də, qalır duyğularımız sözlərdə
Danışdıqca hisslərlə, susursa gözlər də, qalır mahnılar ancaq dillərdə

2-ci verse:
Keçir zaman, ölür dəyər , tək ümid mahnılara
Bu düz ya səhv eləmir fərq dərmansa ağrılara
Zamanın nəbzi əlimdə, döyünür bərk qələmimdə
Ölüb ya sağ, eləmir fərq, dayaqsa duyğulara
Mən niyə yaxşı olum, əgər indiki insanlar
Tapırsa ehtiras itəndə sevgi, yataqlarda?
Və bədənlər birləşdikcə unudursa hisslər
Niyə hisslərim saf olsun qələmlə qovuşduqca?
Tapırsa cənnəti mələklər varlı axmaqlarda
Niyə cəngavərlər axtarsın bəxti ağ paltarda?
Bir dost üçün göz yaşı tökmək saf vaxtlarda
Indi isə dost vitrində, satırıq antraktlarda.
Yadelli torpaqlarda, xoşbəxt sayılmaq orda
Nə vaxtsa amma göz yaşı ilə oxumaq himni xorda.
Yaxşı olub, niyə pisı çevrilirik axırlarda?
Görəsən, peşamandırmı yaradan yuxarılarda?
Bunları dərk etdim illərlə mən də bezib susdum
Kağızdakı bütün saf hissləri bir günə pozdum
Yaraşmır qələmə səmimiyyət insanda yoxsa əgər,
Vicdanı söndürdüm, görüm ömrüm nə qədər şəkər?!

Nəqarət:
Dəyişdikcə illərlə, bütün sevgilər də, qalır duyğularımız sözlərdə
Danışdıqca hisslərlə, susursa gözlər də, qalır mahnılar ancaq dillərdə

AID & Vokal: Tomris еще тексты


Видео
  • AiD Satilmis Sehneler AiD Satilmis Sehneler
    ... Orkhan Zeynalli (AiD) performing Satilmish Sehneler featuring Tomris. ... AiD Satilmis ...
Оценка текста
Статистика страницы на pesni.guru ▼
Просмотров сегодня: 1