Ayrı yatırıq deyə, içimdə bir qorxu var Sən hələ gəlməmisən, mən isə artıq qorxuram, Birdən çıxıb gedərsən.. Bir müdrik demişdi ki, çox sevənlər gedirlər Məni çox sevmə, yaxşı? Qız, uzağa gedənlər, ordan dönməyir geri Uzağa gedmə, yaxşı? Yanıma gəlsən əgər, yanımda qalsan əgər, Məndən çox şey gözləmə, çox şey verə bilmərəm, Etmə, eləmə, yaxşı?
İstəyirəm bir balaca evim olsun - Bir mən olum o evdə, birdəki keyfim olsun Balaca bir heyvanım, bir də divan olsun Özüdə sənin evin biraz oyana olsun.. Qələt eləyirəm, əşi! Evimiz olsun bizim! Yeməklərimiz bişsin, sənin mahnılarınla Məndə çay dəmləyərəm.. Nazik ört üstümüzü, de ki, "mənə istidi" Qoy məndə səhərəcən donum soyuqdan Amma səsimi çıxardmayım..
Gör nə deyirəm, ay qız, bunlar bir yana qalsın, Sabah gəl bir görüşək, bəlkə evimiz olmadı Kasıb qaldım bəlkə mən, ömrümün sonunacan.. Görəsən, çay içərsən mənimlə bir stəkandan, Ömrümün sonunacan..?