Bir gün olmasan əllərim buz tutar Sən tutmasan əlimi kim tutar Sən gəl yenidən üzümə gün doğar Sən gəlməsən yerini kim tutar
Lyrcs:
Belə bitməz amma get gedəni saxlamazlar ki sən idin məni tərk edən Və də dərk edən zaman qadınım ağlamaz unudulanın hər tərk edəni Hər gələn iz salır ağlımda sənə biri qalıb demişdim ağlımda Məni sil at bu gecədə ağlından həır gecə sol yanımda ağrım var
Yenə gəl sən mənimlə tam qal Biz bir keçə bilək əngəli Hər dərdimi sən sanırdım Axı hər dərdimə sən yanırdın
Səni görənə qədər yarım idin Axı sən cahanda tək yarım idin Mənə cənnəti bəxş et çün səni hər görəndə dünyam yene dağılırdı
Yenə yağsın yağış xatırlatsın səkilərdən sənin adın axsın Son bir dəfə görüm ən azından səni səsləyəcək qədər avazım var Məni unutma səni unutmaram səni unutsam əgər ümid qalar Aramızda ki hər bir şey bitsə belə məni unutmazsan ümidvaram
Nə köhnə biz qalıb artıq bizdən nə kölgə iz salır üzdə Hər dəfə qış gələndə qorxardıq çünki bizi bizdən alır illər Söz verirəm bir gün olmasan səndən qalanı da sevərəm mən Hər başlanğıc bir son amma bizim eşqimiz başlamadan sona bənzər.