Lakonik Verse: Zaman nə tez keçdi yollarımız ayrıldı Onca yükü qaldirdiq bu çətinlik nədir ki Burdan o yana gedə bilmədik sevərkən ayrıldıq Sözüm də yox artıq əllərim soyuq ayrılandan Əlinin istisindən bu küləy hardan əsdi?! Əllərinin istisinə suallarım məchul olmasa Varlığin önümdə kəsəri yox sözümün Onsuz səni gətirməz mənə heç vaxt Ən gözəl şeirim də Səssizliyin dərin mənə səsin dayaz quyu Xəyallarım sınıq-sökük bardaqdan axan su Nədənsə içimi sarar yaninda olmaq istədikcə qorxu Biz ayrı şəhərlər fərqli iqlimlərdə Onca vaxt necə yaşadiq fərqli iqlimlərlə Düz olarmi bilmirəm uzaq ol məndən Yanımda olma istəmirəm artıq tək istəyim Məkanın cənnət olsun eybi yox Mən olum cəhənnəmdə
Ali Ashikar verse: Yola düşürəm uzaqlara məni yazdıran qadin Gedirem gəl deməyənəcən dönməyəcəm mən Və Sanma ki unudmuşam gözlərinin rəngini Tərk edəcəm şəhəri bu gün axşam 8 qatarı ilə Darıxma yazacam ordan oxusanda oxumasanda Gözləyəcəm bir məktub yazsan da yazmasan da Bilirəm asan deyil heç də asan deyil Səni əllərimlə qoyib getmək bu şəhərdən Geriyə qalan nə varsa xatirə məndın sənə Hərdən yadına sal mən ağlasam da gülümsə Gülüm sən düşünmə üşüsəmdə oralarda Əlin buz kəsər sənin qəlbimə keç üşütmə Qızarar yanaqların sığal çəkər küləy sənə O an olmaram yanında günəş çıxar batar yenə Nəfəs almaq heç bu qədər çətin olmamışdı İndi çətin gəlir göz yaşımda boğulmuşdum