Гуру Песен Популярное
А Б В Г Д Е Ж З И К Л М Н О П Р С Т У Ф Х Ц Ч Ш Э Ю Я
# A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z

Ali Ashikar - Əlvida Nədən | Текст песни

İllər sonra gözlərinin bir qismini yada saldım,
Köhnə rəsimlərdən bir gözünün rəngi eyni qalıb,
Dəyişən sənmi oldun, yoxsa mənmi yarım qaldım?
Necə də gözəl görünürük biz kim düşünər ayrılarıq

Kaş ki dəyişməzdik bir rəsim qədər qalardıq
Susardın danışmazdın, mənsə küsmüsən sanardım
Saçınla oynayardım o an ürəyim bərk vurardı
Deyərdin baxma gözümə, acığına mən baxardım.

Səndemə ayrılığmış gözünü məndən qaçırmağın
Sən demə ayrılaq biz, danış bitməsin bu nağıl
Səndemə son görüşün vaxtı çatıb ayrılırıq
Sən demə sən gedəndə ayrılmaq ölümdən ağır.

Bir rəsim üzümü asdı gülüşüm düşdü yerə,
İstəməzdim kimsə görsün oyandım ki;
Düşüb yerə rəsimlərin qəflətən;
Gözümü aldı kədər, yaşamışıq səninlə gör nələr-nələr.

Chorus:

Yarışır döyüntülər saniyələrlə, bəs onda gözlərində əlvida nədən?
Yaşamışıq səninlə gör nələr nələr, saniyələrlə əlvida nədən?

İllər sonra bir rəsimmi səni mənə xatırladan,
Darıxma sən mən yazacam nəğmələr xatırladar;
Bəlkə bizi silmisən çoxdan qalmayıb heç bir izi,
Əl-ələ verib gözdən saldıq ucadan sevgimizi.

Bizə tək xəzər qaldı boz Bakıdan,
Küçələrə su səpdim ki qalmasın heç toz Bakıdan,
Xatirən incidər məni izimizi poz Bakıdan,
Ayağımı üzsəm Bakıdan, üzülər soldakı da.

Ona görə qaldım Bakıda bəlkə də gələr bir gün,
Axı səni nələr aldı, nələr yaşayıb, nələr gördüm?!
Bir ömrə bədəl sevginin dərdini kimlə bölüm,
Ümidlə yaşayıram hər gün gələrsən səninlə ölüm.

Bir rəsim üzümü güldürür, gülüşünü gördüm deyə,
Bugün ilk gün tək doğma gəlir köhnələr mənə,
Hələ də gözüm yol çəkir, bəlkə bu gün gələr
Yaşamışıq səninlə gör nələr-nələr.

Chorus:

Yarışır döyüntülər saniyələrlə, bəs onda gözlərində əlvida nədən?
Yaşamışıq səninlə gör nələr nələr, saniyələrlə əlvida nədən?

Ali Ashikar еще тексты


Видео
Нет видео
-
Оценка текста
Статистика страницы на pesni.guru ▼
Просмотров сегодня: 4