Sonuncu istəyimdir qal yanımda, Solarmı gül qoxan ətrin o uzun saçlarından, Burda hər-şey eyni qalıb həyatda olmasan da, Əlini ürəyimə sıx gözümə bax qoparma ordan Mənə bir ümid ver onunla ovut məni, Yetər ki qal yanmda sevmirəm de soyut məni, Mənə bir ümid yeri saxla və çağır gəlim, Ana tək qayğıma qal zərif əlində böyüt məni. Vaxt körpüləri yandırmadan, gec olmadan gecikmə gəl, son dəfə gözlərimə bir bax. Gör nələri keçirmişik səninlə bərabərikən, əllərim buz gözlərimdə qar. Görmə məni, sən görən əvvəl ki tək cavan deyil daha çoxalıb göz kölgələrim. Gözləmədin, zamansız qatarla getdin, baxmadın arxana mənə bir söz demədin.