Yarım qalan şeirlərim yadigardı o günlərdən Elə bil illər bizi böyütmüşdü bir bələkdə Axı mən şirin gülən qəmzələrin kölgəsində dincəlirdim Ona görə üzülürdüm gülməməyinə
Buraxa bilmədiyim ipin ortasından kəsdin sən Yarada bilmədiyim evin qapısını kəsdin sən Heç kəsin eşitmədiyi ən duyğulu səs idin sən Elə bilirdi tanımayacam saçlarını kəsdirsə
Gördüm onu o evin divarlarına sarılmışdı Külqabımda yanan insan məktublara yazılmışdı Gördüm onu kül olub gözlərimdə yaşarmışdı Ən gözəl xatirələr çün ki səninlə yaşanmışdı
Güldürüb ağlamışdım gül dərəndə aldanmışdım Səninlə haldan düşdüm Get deyəndə dilim sürüşdü Görmədin nə haldaydım imdadıma yadlar düşdü
Qocalıb söyuğ əllər Ocağım soyuğ yerdə O çağın illərindən mənə qalan bir yadigartək rəsimlərin Sürüşüb düşər əldən
Bacarsan dilə gətir bu eşqi məndə Yenidən bir olaq biz bir bədəndə kövrələk gəl Yazarsan məktublar mən olmayan şəhərlərdən Gözünü yumub uçurdarsan məni düşünüb pəncərəndən
Məncə gəlmə sən də bu gün kim gəlib ki gəlməsəndə Gedənlər gəlməyə hazır deyil ki əlac yoxdur dərdə səndən Və bir gün təsadüfən görüşərik sən anlayarsan gözlərimdən sevdiyimi Bizi ayıran insanları danlayarsan
Səhər çağı ac qarına bir siqaret Və yaxud baş qarışıb içilməyən çay kimiyəm sən gedendən Dilim bir çarə susur Yazılan hər cümlə nəğmələrimi qəlbə süzür
Chorus:
Məndən sənə yadigar nəğmələrim qaldı Ötüb keçən o günləri yenə yadıma saldı Səndən mənə yadigar acı sözlər qaldı Məni məndən alarkən səni yadıma saldı
Yenə gözləri doldu Unudaram özümü siləndə o gözləri mən
Bridge:
Düşür gözlərimdən bir damla yaş Düşün bu sevgidən hər yanda var Ama bizə bax nə hala qalıb sevgimiz Düşüb yerə qaldır üzünə baxım
Chorus:
Məndən sənə yadigar nəğmələrim qaldı Ötüb keçən o günləri yenə yadıma saldı Səndən mənə yadigar acı sözlər qaldı Məni məndən alarkən səni yadıma saldı
Yenə gözləri doldu Unudaram özümü siləndə o gözləri mən