Гуру Песен Популярное
А Б В Г Д Е Ж З И К Л М Н О П Р С Т У Ф Х Ц Ч Ш Э Ю Я
# A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z

Ali Khayyam & Okaber - Sensiz Intiharlar | Текст песни

Yalanların bitib, yorulmuşam suallarınla
Ulduzlar mıxlanıb göylərə paxıllığınla
Dualarım çatır məqsədə amma heç kəs dinləmir
Ağız dolusu dualarım var, cavabı şilləndi
Niyə qaranlığıma günəş atıb, qaçırsız hə ?!
Axı yanır bütlərin inancları mənasız
Axı niyə sakitliyimə sataşırsız hə ?!
Hər yer qırmızı, tətiyi basmamış
Mən tövbə etmirəm ki, günahlarımdan keçəsiz
Uşaq deyiləm mən, ağzıma saqqız ilişdirəsiz
Mən yalandan getmirəm ki, dalımca gələsiz
Çıxıb gedəndə anlayırsan, heç kəs yoxdu əvəzsiz
Şairlər danışdığlarını yazır, mən səssizliyimi
Neçə şeir yazıb, hayqırmalısan bezdiyini ?!
Yatağına girən qadınların, çılpaq bədənləri
Doldurmur sənin birnəfərlik təkliyini
Həyatdan sıyrılmaq və tapmaq səni
Qucaqlamaq, tərləmiş, isti bədənini
Unutsan Bakını, bəlkə biraz sevərsən
Gedirsən, get inan özün bilərsən
Sənlə həyat, niyə ölüb bizdən xəbərsiz hə ?!
Və mən Bakıda qoyub gedirəm, nəfəslərimi
Çantanda bir neçə ayrılıq və heç kimsiz
Zirvələri fəth edəndə axı siz kimsiz ?!

[Verse: Okaber]

Mən sanki şəhid, sən sanki qərənfil
Səni sevdim illərlə və sevəcəm hər il
Mən sanki torpaq, sən sanki qəbir
Mən sanki cisim, sən ruh, səbr
Mən sanki ürək, sən içində sevgi
Mən səliqəsiz cümlə yığını, sən musiqi
Mən vergi, yalançı falçının kartlarında
Mən gərgin, sətirlərimin adlarında
Və yadlarında qalırdı, hər dinləyənin
Mən qışqırmırdım ki, məni sevin, bəyənin
Ya da yazdığım melodiyalar altında əylənin
Birdə üzünə güldüm, hər ağız, burun əyənin
Birdə sənsizliklə barışmadım, ağlamadan
Amma içimdə şeytan qışqırır, ağla adam
Mən öldüm tamam, onda səndə öldün
Sərxoşluğumu gördü kağızlar, səndə gördün
Həyat necə ucuz görsənirdi, ölüm baha
Mənə necə iyrənc gəlirdi gələn baharlar
Qarşında tətiyi çəkmək gicgaha
Ya da (ya da) Sənsiz İntiharlar!

[Verse: Ali Khayyam]

Sənə yazdığım şeirləri qısqanmaq hamıdan
Yazmamaq və köçmək sənsiz bir həyata
Sənin yaşadığın şeirlər nifrət edir ədəbiyyata
Qarşında tətiyi çəkmək gicgaha
Ya da Sənsiz İntiharlar!

Ali Khayyam & Okaber еще тексты


Видео
Нет видео
-
Оценка текста
Статистика страницы на pesni.guru ▼
Просмотров сегодня: 1