Гуру Песен Популярное
А Б В Г Д Е Ж З И К Л М Н О П Р С Т У Ф Х Ц Ч Ш Э Ю Я
# A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z

Ali Khayyam & RG - Yalanci | Текст песни

Aaa, mən yalanciyam özümə qarşı
Aaa, Tutduğum sözümə qarşı
Nə qədər aldatmağ olar, hər şey olacağ yaxşı
Düzünü demirəm yalançıyam
Görən gözümə qarşı
Yalanam, həqiqətimin bir qarışı
Yalanım müqəddəs, vergiyə qarşı
Yalanım sevgiyə qarşı
Mən fahişələrlə şərabı qəh-qəhə vururam
Sevdiyim gözlər, göz yaşı ilə isladır balışı
Yalanım anamın saçına dən salıb
O atamı gücsüz edib, onu əldən salıb
Yalanım dildən çıxarıb məni elə dilə salıb
Arada o qədər olur bilmirəm nə nədi, mənidə ələ salır
Aldanıb aldanıram əlimizdə qan izi
Yalanım Vətənə, işğal altında iyirmi faizi
Yalançıyam düşmənə qarşı, içmirəm onun qanını
Yalançıyam, mən yalançıyam pozuram neçənci andımı
Yalançıyam oğluma qarşı, elə hər doğmama qarşı
Onsuz olmur cavanı, ağsaqqalı bununla barışır
Yalan doğruma qarşı, yalanla boğulur baxışım
Mən yalanam, pressa məni doğru kimi soxmağa çalışır
Yalanım Tanrıma qarşı, yadıma düşür darda və ya əlimdə badə
Çiy süd əmmiş həmən insanam, qınama nəbadə
Qüsur genlərimdə mənim yalançıyam mən yalançıyam, babamın adı Adəm
[Verse: Ali Khayyam]
İyirmili yaşlarda qocalığ yaşayır gəncliyim
Hər şey yaxşı olacaq deyənlər yalançı
Küçələr keçilmir kədərdən, küçələrdə şeiriyyat var
Şair dedikləriniz, evdə analarına yalançı
Bircə pərimin gözlərindən axacağ yaş deyə
Saxlıdır həqiqət helede
Lənət olsun bugünümə
Mən şeirlərimədə yalançı
Dərdi yazmağ olanın qələmindən
Tanrı əksik olmamalı
Gənc ədiblərimin dərdi qadın şəhvəti
Kitablarınızda yalançı
Çox gördük polis qandallı əllərin pafoslu şəkillərini
Sol nə bilir Vətən-Millət nədir,
Mitinqlərinizdə yalançı
Səma şairiyəm mən, şeirlərim karvandı
Bu karvanların səhrasında hər şey ılğım
Hər kəs yalançı
Yuxularımı illər əvvəl kitabların arasında itirmişəm
Hələ də tapa bilmirəm, neçə dərman, nə qədər içki?
Nə qədər olar səhərlərə siqaretlə “Sabahın xeyir” demək
Nə edim ? ölə bilmirəm
Nə qədər olar yuxusuz küçələr
Nə qədər olar şeirləşmək istəmədən
Nə qədər olar ağrımaq bu qədər kədərin üzərinə
Nə qədər olar boş dualar, guya olacağmış kimi nəsə
Əgər dualar xəstəyə çarə olsaydı
Heç bir ana ölməzdi, ruhumu al məndən
As inanclarımdan məni, dualarda yalançı
Bugün gözlərin heç danışmır mənimlə
dən, saatlar gözləyədə bilər
Boş ver, susuzluğdan çartlamış torpağam
Ağla biraz mənə, biraz öp məni
İnsanlar gözləyədə bilər, boş ver
Baxma, baxma əllərim kobudlaşıb bu son illərdə
Baxma tel-tel ağarmış saçlarıma
Gözlərimin altındakı qırışlara heç fikir də vermə
Mən hələ uşağam, qoru məni bu insanlardan
Boğazımda düyün, hər dəfə deyəndə yaxşıyam anam
Güzgüdə ki, insanam mən
Mən başdan ayağa yalanam

Ali Khayyam & RG еще тексты


Другие названия этого текста
  • Ali Khayyam & RG - Yalanci (1)
  • Vena Music - Yalanchi (0)
Видео
Нет видео
-
Оценка текста
Статистика страницы на pesni.guru ▼
Просмотров сегодня: 1