Bir qış gecəsi tapılmışdı Əlləri arxadan bağlı cəsədim Vətəndir bu, “gəl” demişdi, getmişdik Siyasətçi “öl” dedi, öldük Ən çox bu üşüdürdü cəsədimi Qizlədilmiş şeirlərim var idi, Xalqların qardaşlığı naminə Dörd divardan daha çox Ağlamasın deyə qadınım, gizlətdim Ən çox bu ağrıdırdı inanclarımı Xoşbəxtliyimi oğurlamışdılar uşaqlıqda “Məsciddə gizlətmişik” dedilər Getdim, “dindarsan, səcdəyə!” dedilər “Aynalı binada gizlətmişik” dedilər Getdim, “fəhləsən, işlə” dedilər Sonra yağmur damlasında düşdü ovcuma Tapdım, “oğurladın, öl” dedilər Kitablarımı yandırdılar sevgilim, kitablarımı yandırdılar Fikirlərimi, şeirlərimi, gözlərimi yandırdılar Dağlara sürgün elədilər, dağlara Bir neçə dığa əlində oyuncaq oldu insanlığım Çeynədilər saqqız kimi Sonsuz qadınlarıq biz, yəni, bu bir neçə milyon Heç bir idea doğa bilməyən Vətən sevgisi ərsəyə gətirə bilməyən Sonsuz qadınlarıq, elə sən də, lap elə mən də Kökümüz eyni, budağımız fərqliydi onlardan Onların bahalı evlərində ucuz qadınları Bizim qadınlarımız su, evimiz alovdan Tanrı eşqi parçaladıqca məni zərrə-zərrə səmaya Və çevirdikcə bu biçarə canımı bir səmazənə Gülümsəyərsə əgər bir gün günəş, yaxınlaş Pıçıldayacam qulağına, gizlincə harada rəqs elədiyimi Sevgili Bu Seyru Sülukdə nə canlar yandırdı eşq, nə qədər izdirab Leyliyə bulandı daş şəhərlər Sufi o qədər zəngin olarki, öləndə nə çadır, nə yas? Bircə, “Nur içində yat” deyərlər... Yenə dolub gözləri buludların Havadan məsnəvi qoxusu gəlir Oyan yuxudan, ölməyin vaxtı deyil Fəth ediləsi çox ürək var, dur əynivi geyin Pul altında əzilmiş kişiciklərin meydanında Yatıb qalmış müharibə saatının yanında Gözləyirəm səni Oyan qadam, oyan İndi heç qəhrəman olmağın da vaxtı deyil. Mən torpaqdanam, torpaq alovdan Alov olsam, Şəmsdən qeyri nə yandırar günəşi? Rəngsiz bayraqlarını tutdullar əllərinə, ilahi Qələmi, hörməti, vicdanı qırdılar, ilahi Dur İlahi, əsəbləş bu bəşəriyyətə Çevir daşa, yandır bizləri, ilahi Yenə dolub gözləri buludların Havadan vicdan qoxusu gəlir Deyəsən söz verib buludlara Uzaqlardan bir peyğəmbər gəlir