Гуру Песен Популярное
А Б В Г Д Е Ж З И К Л М Н О П Р С Т У Ф Х Ц Ч Ш Э Ю Я
# A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z

Ali Sh ft. Ali Ashikar - Səhərin İlk İşıqları | Текст песни

Mən ki deyiləm oyuncaq, həvəsivi öldürüb də tərk edəsən
Bu qədər bağlanmlaqla elədim bəlkə də səhv
Əlivi tutanda mən qoydum əlivi qəlbimə ki
Bu qəlbin tək sənin üçün döyündüyünü dərk edəsən
bu qədər asan ayrılmaq, yaraşmaz bu bizə də
Gülüşün saxta yəni, ən başından süni sənsən
bəlkə də batan günəş doğar biz üçün təkrardan
evimin bərəkətisən, süfrəməysə ruzisən sən
arada düşün məni saçınla əlimi ovuşdur
nə qədər dözüb susub sonra da bir gün soruşdum
üzümün gülməyini istəyirsən? onda durma,
Qarşıma keç, gəlib o gözəl səni mənlə qovuşdur
Sən belə bir adamı incidibdə, bil ki etdin səhv
Məndə qram şərəf yoxdu, sən əgər məni sevdinsə
nifrət belə edəmmirəm, partdıyıram hirsimdən
Mən nə qədər səni yazdım, bir o qədərdə getdin sən
bu aşiq uğrunda bil ki, nə qədər qət edib yol
bərabər yaşlanaq gəl, saçlarımın dənləri ol
və də şüphən olmasın ki, sevdim səni təmiz ruhla
yəni mənə lazım olan əllərindi bədənin yox
saçların şərab kimi, içimə çəkib içmiş olarsam
indi gəl deyirəm, sonra gəlsən bitmiş olarsan
mən ki sənlə birgə, gələcəyimizi düşünərkən
sən necə də unudub hamısın, dəyərsiz bir keçmiş olarsan?!
sənlə oynadıqımı düşünürdü, içimdəkini bilməyənlər
çəkib qoxunu sinəyə mən...
nəfəs alıram, həyat qoxan o uzun saçlarında
mən yazanda məhvoluram, sən necəsən dinləyəndə
bir siqaret olub səsimi boğmasan yenə
Bu qədər şey üstündən hələde qadın yoxsan yenə
Baxıb dərin dərin , gözlərində itsəm və
Əssə əllərim , ipəy saçlarıvı qoxlasam yenə
Verirəm eşqi sənə, və də ki, bəzən kini
olmadım alçaq və oynamadım mən sən kimi
bəzən həyəcannan unudardım nə dəyəcəymi
Dilim dolanardı, yanındaykən aşiq bir sərsəm kimi

Al gəl hərşeyi, yenidən geri dön,
sən sev, yenə də birdəfəlik
bil, biz, bir olabilərik..
Al gəl hərşeyi, yenidən geri dön,
sən sev, yenədə birdəfəlik
bil, biz bir olabiləriy..

Ya mən gedim, ya sən gəl, yol boyu mənim izimlə
sevmirsən heç deyilsə, səni sevməmə izin ver
solundan etmə məni, başımı dizindən
yazmağdan başqa inan heçnə gəlmir əlimdən
zəhmət olsa oxuyarsan, odur ki zəhmət ola
sənə yazılan şeirlər var, özgələrinə qismət olan
içkidən uzağam mən, bu bardağ sözlə dolar
sevgidə hörmətdə, mərifətdə sözdə olar
iki gözümün günahları, bir ömrə bədəl indi
iki gözümü bayağları bağladım ki, öləm indi
dikib gözünü yollarına, gələnə qədər sayığladım
və sən heç gəlmədin ki, gecə-gündüz ay ağladı
səhərin ışığlarına ehtiyyacım yoxdu mənim
sən onsuz günəşsən və ilk işığımsan yəni
ulduzlara qarışacam mən, göyüzündə ay olmağ üçün
və budur gedirəm artıq, öz yoluma yəni..

Al gəl hərşeyi, yenidən geri dön,
sən sev, yenə də birdəfəlik
bil, biz, bir olabilərik..

Al gəl hərşeyi, yenidən geri dön,
sən sev, yenədə birdəfəlik
bil, biz bir olabiləriy..

Ali Sh ft. Ali Ashikar еще тексты


Видео
Нет видео
-
Оценка текста
Статистика страницы на pesni.guru ▼
Просмотров сегодня: 1