Гуру Песен Популярное
А Б В Г Д Е Ж З И К Л М Н О П Р С Т У Ф Х Ц Ч Ш Э Ю Я
# A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z

Alim Qasımov - Əziz dost | Текст песни

Əziz dostum məndən küsüb, incidi,
Ayrılıb yad kimi çıxdı evimdən.
Gəldiyi yolları ot basıb indi
O gedib qalmışam həsrətində mən.

Necə nəğmə qoşum, necə dillənim
Dost gedib özümə gələ bilmirəm.
Elə bil əllərim yox olub mənim,
Gözümün yaşını silə bilmirəm.

Çaldığım o sazı gətirin mənə,
Görün ki, çalmaqda necə mahirəm.
Əlim dəyən kimi bircə telinə
Simlər haray çəkib qırılır o dəm.

Necə nəğmə qoşum necə dillənim,
Dost gedib özümə gələ bilmirəm.
Elə bil əllərim yox olub mənim,
Gözümün yaşını silə bilmirəm...

Другие названия этого текста
  • Alim Qasımov - Əziz dost (0)
  • İslam Rzayev - Əziz dostum (0)
  • ©emil - Eziz dostum (0)
  • Melza Burcu Ince - Eziz dostum menden kusub incidi (0)
Статистика страницы на pesni.guru ▼
Просмотров сегодня: 1
Видео
Нет видео
-