Kimsə bilməz Tanrıdağın yaşını, Duman almış Altayların başını. Uçurmuşdur başdan dövlət quşunu, Sərvətinə üz çevirmiş zaman hey... Qoca Türkün düşdüyü dərd yaman hey...
Qazan, Başqurd batmış, Kırım sürülmüş, Mənim badam gözlü yarım sürülmüş, Qohum-qonşum, bütün varım sürülmüş, Bulunurmu Sibiryada iman hey... Qoca TÜRKün düşdüyü dərd yaman hey...
Azərbaycan dərd içində boğulmuş, Sevənləri diyar-diyar qovulmuş, Ağla, şair, ağla, yurdun dağılmış, Harda qopuz, harda qırıq kaman hey?.. Harda böyük VƏTƏN, harda "TURAN" hey?..