Гуру Песен Популярное
А Б В Г Д Е Ж З И К Л М Н О П Р С Т У Ф Х Ц Ч Ш Э Ю Я
# A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z

Anar Baylar - Unutma | Текст песни

Hardasa, uzaqlarda,
Ordasan, uzaqlarda.
Gedən o qatarda,
Səni görəcəm birdə harda?
Anlıyır ürək, heç harda,
Yaşamır ürək, yaşamır buralarda.
Bəlkə gələsən, uzaqlardan,
Bəlkə gələsən, amma harda?

Bircə yol var, unutmaq, hər şeyi unutmaq,
Ürək deyir unutma, nə olar onu unutma. (x2)

Aylar ötür, keçir zamanlar,
Getdikcə az, çox az yazırsan.
Gözlərim dolur, hiss etdikcə uzaqlaşırsan.
Bu həyatla necə baş açırsan,
Böyük şəhər, soyuq küçələr,
Hansı divarlara, söykənib yaşayırsan?
Bəlkə gələsən, uzaqlardan,
Bəlkə gələsən, amma harda?

Bircə yol var, unutmaq, hər şeyi unutmaq,
Ürək deyir unutma, nə olar onu unutma. (x2)

Üz tuturam bütün sevən insanlara,
Əlinizi uzadın yanınızdakına,
Və onu sevdiyinizi söyləyin ona,
Çox gözəl olduğunu deyin ona.
Elə bir gün olar, o, o gün olmayar,
Sarılın ona, ümid yox sonralara.

Bircə yol var, unutmaq, hər şeyi unutmaq,
Ürək deyir unutma, nə olar onu unutma.

Статистика страницы на pesni.guru ▼
Просмотров сегодня: 1
Видео
Нет видео
-