Mənə ad ver, sənə yeni ad deyim. Mənə yad ver, var neçə yad deyim. Mənə daş ver, binalar yaradım. Mənə yaş ver, kinolar yaradım. Bir ömür eşq ver, kəsim sözümü. Mənə bir kitab ver, örtüm gözümü. Ver mənə külüngü çapım dağları Mənə caynaq ver, cırım yağıları... Mənə bir ürək ver, ürəkli olsun. Mənə dünya ver, küləkli olsun. Mənə kəndir ver, asım dəliləri. Mənə okean ver, udum gəmiləri. Bir az səbr ver, dözüm zərbəyə. Bir imkan yarat cavab verməyə. Ver mənə külüngü çapım dağları Mənə caynaq ver, cırım yağıları... Bir gözəl yetir igidlər doğa Bir həyat yetir qurban olmağa Bir vergi ver ki, ömrü düz görüm Bir vergi ver ki, dirilim ölüm. Mənə bir oğul ver, Şah İsmayıl tək Mənə bir qız ver, abırlı, göyçək. Ver mənə külüngü çapım dağları Mənə caynaq ver, cırım yağıları... Ver mənə külüngü çapım dağları Mənə caynaq ver, cırım yağıları...