Nədir sənin dərdin, bu nə ahü-zarıdır? Nədir sənin fikrin belə tarimarıdır? Utanma, gəl söylə, belə dərdini mənə, Nə qüssədir böylə əsər eyləyib sənə Bu dünyada yoxdur belə dərdi bi dəva Davasın al dərdin, belə görgilən səfa. Eşitməmişsənmi belə bir məsəl də var?
Nə arzu varsa belə, axtaran tapar. Balam nə olub ki, belə qaradinməz durubsan? Yoxsa dünyanın dərdi sənə qalıbdır?