Гуру Песен Популярное
А Б В Г Д Е Ж З И К Л М Н О П Р С Т У Ф Х Ц Ч Ш Э Ю Я
# A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z

Ashiq Kamandar - Baskechid_by_Ramin | Текст песни

Ay illər həsrəti gəl bir görüşək
Dərdimin dərmanı , gözüm Başkeçid
Uşaqlıq illərim səndə keçibdir
Ey ağzımda şirin sözüm Başkeçid

Əyri - üyrü yollarını görmüşəm
Aran köçü çox haraba sürmüşəm
Yaylağında dəya , çadır qurmuşam
Daşlarında izim qalıb Başkeçid

Əyri qarın , yaşlı qarın gözəldir
"Qırxbulağın", çəmənzarın gözəldir
Vəfalısan düz ilqarın gözəldir
Baharım Başkeçid,yazım Başkeçid

Çağırın aşıqları , gəlsin naznan
Əmrah , Kamandarın əlində saznan
Ruhlar təzələnsin xoş avaznan
Başlansın söhbətin , sazın Başkeçid

Статистика страницы на pesni.guru ▼
Просмотров сегодня: 1
Видео
Нет видео
-