Səni mən oğurladım cənnətdən Sən mələksən,gözlərin cəngərliklərində mən tamam azdım Dedim yazmıyacam bir də sevgidən mən Dedim yazmıyacam yazmıyacam və sonda yazdım İstədim günəş olum ki hər səhər səni görüm çıxanda İstədim külək olum ki rəqs edim saçlarınla Həyat çox mürəkkəbdi, bəzən dözülməz yaşamaq Ama ki sən varsan həyatın ən çətin anlarında Qələmi göz yaşıyla suladığım bu bəyaz sətirlər Bi kimik ki sevgi qapısında kasıb səfillər Biz kimik ki uzun bir əsərdə bir neçə cümlə Biz kimik ki yuxardan baxsan bir neçə nöqtə Sənin baxışların danışırdı başqa dildə Elə bil ilk dəfəydi həyatında məni görürdün Bəlkədə əvvəllər baxırdın bir dost kimi Ama bu gün son baxışlarında məni sevirdin Qara divarda bəyaz təbaşirlə günəş çəkdim Mən hələ son yüz ildə bu qədər sevməmişdim Sənin bəbəylərin məni dərinliyinə çəkdi Mən hələ bu qədər dərinliydə üzməmişdim
[x2] Hardadır külək? Hardadır yağış? Hardadır mənim sevgilim hardadır? Hansı evdə?Hansı pəncərələrdə? Hansı binalarda? Hansı küçələrdə?
Yaxınlaşır noyabr,otaqda isti kamin Bizim hisslərimizi sanki təsvir edib Dali Qorxurdum gözlərindən,qorxurdum soyuq səsdən Sən bəzən bilmədən incidirdin bəzən qəsdən Radio dalğaların zərif xışıltısına daldıq İnsanlar qaçdılar,getdilər biz burda qaldıq İndi şəhər tamam boş, Bakıda yoxdu heçkəs Ya da ki şəhər doludu sadəcə biz gözə görünməz Keçər illər sən olarsan xoş bir nostalji Köhnə fotoalbom sirləriylə bölüşdükcə Uşaqlıq illərinin səliqəsiz xatirəsi Barmağım şəkildəki gözlərinlə sevişdikcə Uzun illər sonra şıltaq sevgi həvəsində Mən indi qul olmuşam azadlığın qəfəsində Və bəlkə bir gün sən yadına salıb sevgimizi Sakitcə ağlıyarsan otağın bir köşəsində
[x2] Hardadır külək? Hardadır yağış? Hardadır mənim sevgilim hardadır? Hansı evdə?Hansı pəncərələrdə? Hansı binalarda? Hansı küçələrdə?
Sən yoxsan yanımda. Yaxşı bəs hardasan sən? Bəlkə gizlənirsən boz kütlənin arasında? Mən səni görməsəmdə,tanıyıb bilməsəmdə Bil ki sevgimizi dəyişmərəm başqasına Səni tanıyacam mən yazacağam məktublardan Ya da ki gözlərin əridərək divarları Mən yığıb ümidlərimdən