Boynu bükük xatirədir Mənim ömür nəğmələrim Qərib-qərib hey əridir Mənim ömür nəğmələrim.. Saçlarımda mehə dönüb, Gözlərimdə şehə dönüb Miskilli bir .. dönüb Mənim ömür nəğmələrim..
Ömür yarpaq-yarpaq gedir, Eşqin məni dəli edir, Həsrətin bağrımı didir Mənim ömür nəğmələrim.
Niyə yozulmur bu yuxum? Unudulmuru niyə qoxun? Bəsdir susdun, bir az oxu Oxun, ömür nəğmələrim..
Hər yerdə Səni gəzirəm, Dağ da dözməz, Mən dözürəm Dözün özümü üzürəm- Mənim ömür nəğmələrim
Könlüm səndən heç nə ummur Ədan qəlbimə toxunmur, İnan ki, Sənsiz oxunmur Mənim ömür nəğmələrim!
Ömür yarpaq-yarpaq gedir, Eşqin məni dəli edir, Həsrətin bağrımı didir Mənim ömür nəğmələrim.
İçimdə bir gizilti sığar, göynüyərəm `göynə desən` . Mən göynəsəm, göynüyərsən mənim ömür nəğmələrim??..
Niyə yozulmur bu yuxum? Unudulmuru niyə qoxun? Bəsdir susdun, bir az oxu Oxun, ömür nəğmələrim..