Гуру Песен Популярное
А Б В Г Д Е Ж З И К Л М Н О П Р С Т У Ф Х Ц Ч Ш Э Ю Я
# A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z

ღ♥ஐAydanღ♥ஐ - -Hardadir sevgilim | Текст песни

Hardadir...

Səni mən oğurladım cənnətdən
Sən mələksən,gözlərin cəngərliklərində mən tamam azdım
Dedim yazmıyacam bir də sevgidən mən
Dedim yazmıyacam yazmıyacam və sonda yazdım
İstədim günəş olum ki hər səhər səni görüm çıxanda
İstədim külək olum ki rəqs edim saçlarınla
Həyat çox mürəkkəbdi, bəzən dözülməz yaşamaq
Ama ki sən varsan həyatın ən çətin anlarında
Qələmi göz yaşıyla suladığım bu bəyaz sətirlər
Bi kimik ki sevgi qapısında kasıb səfillər
Biz kimik ki uzun bir əsərdə bir neçə cümlə
Biz kimik ki yuxardan baxsan bir neçə nöqtə
Sənin baxışların danışırdı başqa dildə
Elə bil ilk dəfəydi həyatında məni görürdün
Bəlkədə əvvəllər baxırdın bir dost kimi
Ama bu gün son baxışlarında məni sevirdin
Qara divarda bəyaz təbaşirlə günəş çəkdim
Mən hələ son yüz ildə bu qədər sevməmişdim
Sənin bəbəylərin məni dərinliyinə çəkdi
Mən hələ bu qədər dərinliydə üzməmişdim

[x2]
Hardadır külək? Hardadır yağış?
Hardadır mənim sevgilim hardadır?
Hansı evdə?Hansı pəncərələrdə?
Hansı binalarda? Hansı küçələrdə?

Yaxınlaşır noyabr,otaqda isti kamin
Bizim hisslərimizi sanki təsvir edib Dali
Qorxurdum gözlərindən,qorxurdum soyuq səsdən
Sən bəzən bilmədən incidirdin bəzən qəsdən
Radio dalğaların zərif xışıltısına daldıq
İnsanlar qaçdılar,getdilər biz burda qaldıq
İndi şəhər tamam boş, Bakıda yoxdu heçkəs
Ya da ki şəhər doludu sadəcə biz gözə görünməz
Keçər illər sən olarsan xoş bir nostalji
Köhnə fotoalbom sirləriylə bölüşdükcə
Uşaqlıq illərinin səliqəsiz xatirəsi
Barmağım şəkildəki gözlərinlə sevişdikcə
Uzun illər sonra şıltaq sevgi həvəsində
Mən indi qul olmuşam azadlığın qəfəsində
Və bəlkə bir gün sən yadına salıb sevgimizi
Sakitcə ağlıyarsan otağın bir köşəsində

[x2]
Hardadır külək? Hardadır yağış?
Hardadır mənim sevgilim hardadır?
Hansı evdə?Hansı pəncərələrdə?
Hansı binalarda? Hansı küçələrdə?

Sən yoxsan yanımda. Yaxşı bəs hardasan sən?
Bəlkə gizlənirsən boz kütlənin arasında?
Mən səni görməsəmdə,tanıyıb bilməsəmdə
Bil ki sevgimizi dəyişmərəm başqasına
Səni tanıyacam mən yazacağam məktublardan
Ya da ki gözlərin əridərək divarları
Mən yığıb ümidlərimdən

ღ♥ஐAydanღ♥ஐ еще тексты


Другие названия этого текста
  • H.O.S.T. [Qaraqan] hardadir sevgilim - 051-919 19 17 (0)
  • ヅ❤ Avara Sevgilim ❤ヅ - -Hardadir sevgilim (0)
  • KaMaL - -Hardadir sevgilim (0)
  • ★Жизнь✍★просто✍★ сказка✍★ⒶⓏⒺⓇⒾ✍★08✍ⓋⓊⓈⒶⓁ✍....H.O.S.T. [Qaraqan] - -Hardadir sevgilim (0)
  • Qara KOlGE - -Hardadir sevgilim (0)
  • H.O.S.T. [Qaraqan] - Hardadir Sevgilim♥Tehmasib♥ (0)
  • - - Hardadir sevgilim (0)
  • H.O.S.T. [Qaraqan] - -Hardadir sevgilim ☛ Гусейн (͡๏̯͡๏) Гамидов ☚ (0)
  • ღ♥ஐAydanღ♥ஐ - -Hardadir sevgilim (0)
  • H.O.S.T. [Qaraqan] - -Hardadir sevgilim (0)
  • ஜ۩۞۩ஜ Mənim dünyam ஜ۩۞۩ஜ - Hardadir sevgilim (0)
  • ஜ۩۞۩ஜ ♥Sevinc.K.♥ஜ۩۞۩ஜ - -Hardadir sevgilim (0)
  • ღAyanღ - Hardadir Sevgilim (0)
Видео
Нет видео
-
Оценка текста
Статистика страницы на pesni.guru ▼
Просмотров сегодня: 1