Ölüm yatağında isterem ki sən Başımın üstündə donub durasan Gözlərin dikilsin donuq gözümə Qəlbimi gözündə görüb donasan Istərəm anlayıb duyasan məni Sadə bir baxış işarəti ilə əllərin əlimdə olmasa belə qəlbimin istisi yandırsın səni istərəm köç edib getsəm bu dünyadan sənin bircə anın mənsiz olmasın kögsündə yurd salıb həmişə hər an qəlbimin hakimi yadlar olmasın Istərəm anlayıb duyasan məni Sadə bir baxış işarəti ilə əllərin əlimdə olmasa belə qəlbimin istisi yandırsın səni