Novruz gəlib, yaz gəlib, Bir əlində saz gəlib. bir əlində xonçası, Açıb gülün qönçəsi. Bülbülə avaz gəlib,(2) Novruz gəlib,yaz gəlib.(2) Kosa,sən də gəlsənə, Gəlib salam versənə. o torbanı ver görək, Yumurtalar rəngbərəng. Hər biri can dərmanı,(2) Ver dolduraq torbanı.(2) Novruza bax,yaza bax, O əriyən buza bax. Sellər axır şırhaşır, Çöllər olub yamyaşıl. Ot bitir,yemlik bitir,(2) Keçəl başa tük bitir.(2)