Bulud gəlsə,göylər hər gün dolsa da, Günəş sönsə,cahan zülmət olsa da, Yer üzündə ən son çiçək solsa da, Təkcə səni gözləyirəm mən. Ümidimsən,pənahımsan,həyanımsan Təkcə səni, təkcə səni sevirəm mən Həyatdan da şirinsən sən Təkcə sənsən, təkcə səni gözləyirəm mən. Duman çöksə, çən bürüsə aləmi Kədər yazsa taleyimin qələmin Hücum çəksə mənə ömrün dərd-qəmi Təkcə səni istəyirəm mən Ümidimsən,pənahımsan,həyanımsan Təkcə səni, təkcə səni sevirəm mən Həyatdan da şirinsən sən Təkcə sənsən, təkcə səni gözləyirəm mən