Гуру Песен Популярное
А Б В Г Д Е Ж З И К Л М Н О П Р С Т У Ф Х Ц Ч Ш Э Ю Я
# A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z

ayka - Nifrətimə görə bağışla vol.2 | Текст песни

Bu, məndəki paranoia,
Mənə lazım deyildi şan, şöhrət, eyforiya.
Gəl qaytarım səni biraz əvvələ, romantik maya,
Gəl unudaq varlığımızı, lənət olsun dünyaya.
Bu mahnını yazanda mən biraz içikiliydim,
Bu mahnı yazıldı, sevildi, mən isə heç kim idim.
Nifrət edirdim sənə, sən isə bağışlamadın,
Səhnədə görəndə məni ağladın, alqışlamadın.
Bağışla, həyatım, mənim həyatım dəyişdi,
Bağışla ki, özüm də bilmədim, bu nə işdi.
Yazdığım kompozisiyalarda sənin baxışların,
Baxdığımız səhnələrdə indi mənim çıxışlarım.
Qazandığım uğurlara ən çox sən sevinərdin,
Məni təbrik edərdin və birgə qeyd edərdik.
Çoxaldı sənin yerini tutmağa çalışan özgələr,
Böyüdü səhnələr, alqışlarla açılan pərdələr.

Sənsizlik necə soyuq,
Ayrılıq nəğmələrindən ikimiz də yorulmuşuq.
Gəl qaytar məni biraz əvvələ, soyuq noyabra,
Etdiyim səhvlər çaşdırdı, qaçıram ora-bura.
Səndən sonra içimdə yoxdu qorxu,
Çünki səni itirmək idi ən pis qorxu, duyğu.
Xəstə şair yazdı haqqımızda gözündə yaşla,
Yazırdı ki, ən böyük sevgilər nifrətlə başlar.
Bağışla, həyatım, amma sənin həyatın dəyişdi,
Sadəliyin itdi, insanlara münasibətin dəyişdi,
Hamıya yuxarıdan aşağı baxırsan, təbiətin dəyişdi,
Geyim tərzi, görünüş, sir-sifətin dəyişdi.
Sənin hərisliyin, mənim biraz tərsliyim var,
Səndən öyrəndiyim yalanlardan dərsliyim var.
Boğulanda göz yaşlarımda bil ki, gəlirəm qarşıla,
Mən unutmadım olanları, nifrətimə görə bağışla...

ayka еще тексты


Другие названия этого текста
  • Okaber - Nifretime Gore Bagisla (0)
  • ayka - Nifrətimə görə bağışla vol.2 (0)
  • ❤Param_Parca❤ - Nifrətimə görə bağışla (0)
  • 33 44 ТИХАЯ❤ - Nifrətimə görə bağışla (0)
  • ✓ zнαℓє αℓιєνα ✓ - ɴιғreтιмe ɢore вαɢιѕlα - Øκαвeя (0)
  • Okaber - Nifrətimə görə bağışla vol.2 (0)
Видео
Нет видео
-
Оценка текста
Статистика страницы на pesni.guru ▼
Просмотров сегодня: 1