Bir sevgi istəyirəm təslim edim qəlbimi Unutdursun yalnız keçən günlərimi Gözlərində həyat eşqi axtardığım saf bir sevgi Ruhumu azad etsin boş vurunun təsirindən
Baxışından, gözlərindən ilham alım qidalım səsindən Arzuların çəkilməsin sevgi ilə sınağa Taqətim yox bundan sora tək qalmağa yaşamağa
Gizlicə ürəyinin pıçıltısını hiss edim Təkcə onu utanmadan, usanmadan mən sevim Nəfəsini hiss edim, həm canımda həm qanımda Dar günümdə buraxmasın əllərimi unutdursun kədərimi
Ürəyimdən ürəyinə sevgi adlı körpü salım Ölənədək ayrılmayım, mən sevgisiz yaşamayım Arzuların çəkilməsin sevgi ilə sınağa Taqətim yox bundan sora tək qalmağa yaşamağa