http://www.youtube.com/watch?v=5Pp_7m4PdVU
musiqi / music : Tofiq Quliyev
http://tofiqquliyev.musigi-dunya.az/index.html
söz / lirics : Əfzələddin Xaqani Şirvani
http://az.wikipedia.org/wiki/Xaqani_%C5%9Eirvani
Azər.Zeynalov
http://az.wikipedia.org/wiki/Az%C9%99r_Zeynalov
=====
Getdikcə bu eşqin mərəzi pürxətər(1) oldu,
Dərman elədikcə ona, döndü betər oldu.
Eşqin odu yandırdı mənim canımı, ey vay!.
Bu vaqiədən(2) cümlə - cahan baxəbər oldu..
Həsrətdə qalıb, vəslə ümid eyləmişəm mən,
Zülmətdə qalıb, istəyim hər an qəmər oldu.
Sənsiz, gözəlim, hicrə dözüb zəhr içərdim,
Gəlcək yanıma zəhr dönüb bal, şəkər oldu.
Gördüm səni, hər dərdü ələm getdi, dağıldı,
Əhvalıma bax, sanki gecəydi, səhər oldu.
Xaqani, sevin, indi yarın rəhmə gəlibdir,
Bundan sonra könlün, deyəsən, bəxtəvər oldu.
____________________________
1. Pürxətər-çox xətərli, təhlükəli
2. Vaqiə - Quranın 56-cı sürəsi. Əhvalat, hadisə, macəra, yuxu
Azər Zeynalov еще тексты
Оценка текста
Статистика страницы на pesni.guru ▼
Просмотров сегодня: 1