Giriniz meydana sanki şir, Əlinizdə şəmşir ilə tir, Dilinizdə olsun bu zikr, Ya Allah, Ya Allah, Ya Allah, Hüvə-Kəbir!
Çingizləri, Teymurları, Gəl yada sal o ərləri, Kim, ol zaman, türk hökmran, Türkə müti nəsf-cahan,
İmdi görükür nə zillət, Çöküb bu millət... Yığılın, övladı Çingizin! Sürünün bu qeyrə dizin-dizin...
Bu qədər bir torpaq həp sizin Görürük hər yanda Türk izin! Giriniz meydana sanki şir, Əlinizdə şəmşir ilə tir, Dilinizdə olsun bu zikr,Ya Allah, Ya Allah, Ya Allah, Məva-Kəbir!