Verse1: Hisslәrim әcәl sanki, kimsә deyir \"ölümә gәlmә\", Qәlәmlә mәnasızdı, şeirә dönür cümlә sәnlә. Zәngimә cavab yoxdu, cavab yoxdu cümlәlәrimә, Sәnlә görüşә gәlmirәmsә yaraşmırdı güllәr әlimә.
Adına sәtir düzüb şeir elәdim baxışlarını, Sәnә yad olmuşdum, dost sayaraq tanışlarımı. Unudan bir insan de, geriyә dönüb bağışlarmı? Mәndәn getdiyindәn bәri hәyatına yağış yağmır.
Ölümünә sevәrәm mәn tay tutaraq yarı canla, Sәnsiz qalmaq indi qarışıbdı bax adi halla. Xatirәlәr ölmәz, yaşayar yadigarla, Uçuşar sevgi göyәrçinlәri bәyaz asimanda.
İçkilәr ağladar ancaq mәsafәlәri azaltmaz, Nәfsimi yoxluğunla qarışdıranda. Bir də getsən əgər, göy ağlayar. Yağış dayanmaz, Әllәrini әlimdәn alıb özgә әllә qovuşduranda.
Chorus(x2): Qәdәhimә süzdüm sәni, gözümdә dünya dönür, Gülәrdi üzü vә baxışı sәnlә sürsә yar ömür. Sәn mәni eşitmirsәn, içimdә fәryad ölür Vә dost ağlar, yad gülür, can mübarәk ad günün.
Verse2: Günün keçir dostlarınla, danışarıq biz hәrdәn bir, Düşündüm yadındayam, unutmuşdun hәrçәnd ki. Vay o gündәn tutular xoşunla zәhlәn bir, Hamı deyir ki, \"sevir hәlә dә\", amma, sәndәn zәng gәlmir.
Qurulan әn gözәl cümlәlәrin sonu \"lakin\" idi, Mәn yanvarı sevәn insan, sәn ovucda qar kimiydin. Soyuq әllәrin, titrәyәn dodaqların, İslanan göz qapaqlarınsa etiraf kimiydi.
Dedim ki, gözlә mәni, qayıdacam yanına, Narahat ola bilәrsәn, bu adam sәni yazmırsa. Sәn özlüyündә tamsan ama mәn yarımam, Üfüqdә günәş çıxmamış ağlımdan çıxmırsan.
Mәn sәni incitmәrәm, sәbәbsiz hirslәnirsәn, Dodaqların susur, amma, danışır hisslәrinsә. Әn böyük arzum \"biz\"-di, o da ki, nәdәnsә olmur, Ya mәn çox istәyirәm, ya da sәn istәmirsәn.
Chorus(x2): Qәdәhimә süzdüm sәni, gözümdә dünya dönür, Gülәrdi üzü vә baxışı sәnlә sürsә yar ömür. Sәn mәni eşitmirsәn, içimdә fәryad ölür Vә dost ağlar, yad gülür,can mübarәk ad günün.