Bu sәnә yazılan 20ci әsәrdi ilk sәhifәdәyәm, Sәn hәmşә qәdri itirdin vә heç olub әldә dәyәr, Xoşbәxtlik günәşdi mәn illәrdi kölgәdәyәm, O gəzəndә qıraq gәzir ki, birdәn әli әlimә dәyәr.
Mәnә “sevirәm” dedi, baxaraq üzümә, xәtri korlayıb, Necә bir eşq yaşadıq heç otağıma әtri dolmayıb. Qadınım xәyanәtlә puç elәmişdi eşqin on ayın, Vә Asu yazdığım heç bir sәtrimә layiq olmayıb.
Dekabrın 21-dә, xatırladın özgәni, Bax o gün gedişinә şahid oldum heç unutmaram. Hәyatın zir-zibilindәn, tapa bilmirәm sәni, Başqa birinә gülümsәyirdin, yanağını qurutmadan.
Bu mahnı sәnsizlik, ayrılıq vә qәmә yazılıb. Vәrәqin bir kәndiri var ucunda qәlәm asılıb. Bilirdim ki, hәr şeirimi eşitdikcә sevinirsәn, Get indi bunu rәfiqәlәrinә dinlәt, de ki, \"mәnә yazılıb\".
… üzümә baxdığın an üçün darıxmışam, Bakıda olduğum vaxtlar, sәn hәsrәti qarın qışa. Otaqda işıq sönülü, vәrәq dolur, yarımdı şam, Hәr şey tam idi amma heyif ki, mәn yarımmışam.
Bәs indi xeyir ola onda? Sözün dә tutammırsan, Bilәrәk vurub yıxma yarı cәfadan usanmırsa. O qәdәr gözәl varkәn, bir tәk sәni şeir edirәm, Sәnsә rәdd olub gedirsәn, özündәn dә utanmırsan.