Гуру Песен Популярное
А Б В Г Д Е Ж З И К Л М Н О П Р С Т У Ф Х Ц Ч Ш Э Ю Я
# A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z

BadClause - Kim Bilir ? (2016) #QızılGül | Текст песни

Verse BadClause:
Solumda matәm var sağ tuturam sağ yanımı,
Bu sevgi qurma idi, yox tanrıdan aslılığı.
Sәn idin isti gecәdә soyuq tәrәfi yastığımın,
Hәzin qucaqlayardı dodaqların saqqalımı.

Xoşbәxtliyi yaza bilmәdim heçvaxt,
Çünki, o qәdәr cәsarәti tapa bilmәmişdim özümdә.
İncimisәn mәndәn, bunu rәfiqәn dedi,
Bax o an könlümdәn sәbәbsiz ayrıldı üzrlәr.

Ertәsindәn günәş çıxan hәr gecәnin dünәnindә ayrıldıq biz,
Sәni düşünmәmәk olmur, ruhuma sancı dolur.
Sәnsizliklә görüşә bilәrәkdәn gәlmәmişdim,
Ardınca qaçmaqdan ayaqlarım palçıq olub.

Sәnә mәn hisslәrimi xәrclәmişdim,
Ayrılığa üzülmüşdün, bahalı kafedә yox küçәdә olduğuyçün.
Bağışla ad gününә gәlmәmişdim,
Gözündә şair deyilәm, şeirlәrim ucuz olduğuyçün.

Sanırdın ki, sәnsiz yaxşıyam mәn,
Gözәlliyindәn yazıb sәni görә bilmәmәk var.
Gecәlәr ulduza döndün sәmayla qucağlaşıb,
Göyüzünә baxdığımda sәni orda görmәmәk var.

Ay işığın üzümә sәrsә, cisim yatar kölgәm ayılar,
Sәnli günlәri axtarıb, әliboş döndüm aydan.
Gәlişini çox istәrәm ama ki, o günü gözlәmәk var,
Sırf sevirәm deyә hәrşeyә susub da söymәmәk var.

Sevgidә tarix yazdıq,
Birinci görüş gününü unutmağını gözlәmirdim.
Şeirlәr üzrxahdı,
Heçbir xәyanәt olmadan bu eşq gözdәn itdi.

Bu evin tәnhalığını birtәk sәnә borcluyam,
Yaddaşımın dörd bir küncündә gәzir kölgәn.
Ötәn xatirәlәr yazılarımdı,
Danışım sәnsizliyi sәnsә başını çiynimә söykә.

Qaçırdım illәrlә, biraddımlıq yolda yoruldum,
Sәndәn çәkinmәdim, bircә özümdәn utanmışam.
Otuz beş aydır yazıram öz hәqiqәtimdә boğuldum.
Ruhum cisimdәn ayrıldı, özümә qonaqmışam.

Ehtiyac yox alqışa, hәyatım sәhnә deyilmiş.
Otaq söndü, qaraldı şam,
Sırf sәni güldürmәk üçün şair olardı uşaq,
Masada qәhvә tәk qalanda inandım ki, qocalmışam mәn.

?srlәrdir yaşayıram mәn, ondoqquz il öncә
sadәcә yenidәn gәldim dünyaya,
Bәdәnimi ayaqlarım, şeiriyyatımı daşıyır әllәr.
Biz, biz ikәn varlıq içrә, son bir ildә tәrki-dünyayam.

Ayılıb röyadan, vәrәqlәrimi yığışdırdım,
Divanın bir küncündә bәdәnim sarsılıb tәmiz,
Başqa otaqlarda tapmadım sәni, qırılıb çәrçivәlәr gözlәrindә boşdu dәhliz.

Elә bil xoşdu sәnsiz, ondörd bәnd yazdım,
On dörd bәnd azdı, o ağlı nasazdı.
Bәlkә dә tәrkedişi, onun ağlına mәn yazdım.
Gözümdәn itmәsәydi, bu olanlar olmazdı.

Olaydı 2014-ün dekabrı,
O vaxt köhnә şәhәrә yeni xatirәlәr yazdıq.
Şeirlәrimi eşidәn deyir \"ölür yazıq\",
Mәn sәnin adını başlıq edib özümә bir ömür yazdım.

Chorus (Rza):
Sәn olmasan bilmәrәm neylәrәm sәnsiz gülüm,
Belә olmaz, quruyar dodağım, söz tutmaz dilim.
Bir vaxt әlini üzümә çәkәrsәn, әgәr qalsam diri,
Bu gün, ya sabah ölәrәm kim bilir, kim bilir. (kim bilir)

Статистика страницы на pesni.guru ▼
Просмотров сегодня: 1
Видео
Нет видео
-