Şeir gözlü gözəl, düzün de, biz nə vaxt biz olduq ki? Misra sənlə dolursa bəs gözlər niyə dolmur ki? Aşiq saçlarında nəfəs almağa doymur ki, Səni sevməmək, birdə xəyal etməmək olmur ki.
Yenə qızılgül olmur ki, saralıb solmur ki, Bir ayrılıq, bir ölüm var olanda ol ilkim. Sətirdə bilinmir ki, solğun kim, yorğun kim, Bir əldə sevgi varsa o biri əldə olmur kin.
Axmaq yazılar, bax sənə çəkir meylin, Mənə görə səninçün ölmək və yaşamaq eyni şeydi. Yoxluğun dərd verirdi inan yox idi özgə xeyri, Hisslər qəlbdə yaşanılır və sevgi sözdə deyilir.
... həyatına gəlib gedərlər, Dərdimə dəva yükdü, axı biz dərdi sevənlər, Məncə bu təsadüfdü, ətir eyni, fərqli bədənlər, Xətrimi yadından çıxarma, özgə qəlbi görəndə.
Bəstələrdə sevdim səni, şeiriyyatdır hisslərim, Bəlkə də var olmağın yoxluğunda gizlənir. Payızın bir gecəsində qarışır yağışa izlərin, Qollarını cənnət sayıb, orda ölmək istədim.
Mən səni tapana qədər gündə birinə aid olmuşam, Sırf səni güldürməkçün o boyda şair olur uşağ. Sırf səni hiss etməkçün, sırf sənə görə Mən sevmədiyim musiqilərə aşiq olmuşam.
Mənə görə ağladığını bilirəm, bəs güldün nəyə? Həyatı yaşaya bilmədim uğruna öldüm deyə. Bu ocaq gec alışır, bəxtəvərdi söndürməyən, Hələ də yoxdu həmin gözəl, ovaxtı mənə ömrüm deyən.
Hisslərin adı yoxdu daha, qırılıb tilsimlər, Sən mənim sirrim idin, istəmədim bilsinlər. Parça-parça şəkillər, yerdədi hirsindən, Məndə olan yarını tapma gedib başqa birisində.
Bu ürək dağa dönərdi tay tutmasa gecəni şərlə, Taleh yolunu düyünlərsə barışarmı de yar bəşərlə? Tərk eləmək asandı, vaxt keçəndə öyrəşərlər, Sevgi bizdə tütün kimidi, tərgidən sən, öyrəşən mən.
İtələdi çuxuruma məni çox dərin qazma deyəndə, Yazmadı əllər, var idi canım əvvəllər. Gözəlim çıxıb getdi, amma, məni almadı məndən, Dedilər əzab eləmə, halbuki, qulaq asmadı bəndə.
Əlamətim o cəfadan, olmadı hissə vəfadar, O biraz xaindi, keçibdi qəlbi rəvadan. Amanın bir günündə dərd ola köksünə nadan, Şəhvətə qurban ola, yanar odunda zövq ilə canan.
Məsafə dərd olursa, xatirə qocaltmaz illər, Yuxunda bahar olsa, payıza yozar fəsillər. Xətrinə dəyəndə də dayanardın uzaqda dinməz, Mən səni alçatsam başqa şair ucalda bilməz...