Üzünə baxa bilmirəm, gözlərim öyrəşməyib, Sən haqqda düşüncələr sətirlərimə yerləşmir. Hər dəfə yaxınlarım \"yoxluğuna öyrəş\" deyir, Sevgili boşşeydi, sən talehimizi birləşdir.
Hamıdan uzağa düşək dostlar yola salsınlar, Yaşayaq bir dam altında qoy bizi qısqansınlar, Razı olmadığın qəlbin içinə atım səni və Oyananda görüm ki, sənin ətrin gəlir yastıqdan.
Bu şeir münasibət, sevərik bədahətən, Birləşsin əllərimiz və qolların olar vətən. Ürəyim darıxsa da yoxluğuna dözər bədən. Səni görəndə nəfəs almaq belə yaddan çıxır hərdən.
Əhvalım yaxşı deyil, hiss olunur sətrimdən, Sən ilham pərisi, şair ölür dərdindən. Həyatın bir otağı var, dolubdu ətrinlə, Əgər sən istəsən de, cənnəti gətirim mən.
Elə bil izin qalıb getdiyin hər bir küçədə, Gәrәk ki, getmәzdin yaraşırdıq biz necә dә. Gələcək arzularçün dolduracam bir neçə bənd, İçində olduğun xəyallar çin olar bir gecədə.
Eşqimiz böyük obraz yerləşmir bir səhnəyə, Biləyim qana dolubdu amma sevgi ölmür niyə? Qaranlığ işıqlanmır gözün gözümə dönmür deyə, İndi harda həmin gözəl,ovaxtı mənə ömrüm deyən?
Söndürməyək bu ocağı küllərimiz alovlansın, Tüstü yayılsın səmaya mavi pərdələr bulansın. Hər gecə bəstəm üstə yanan şamlar işıq salsın, Gülüşlərimi qaytarsan istəmərəm, səndə qalsın.
Heyif ki, münasibətə yanaşırdın soyuqqanlı, Əllərin üşüyürsə xasiyyətin soyuğdandı. Həyata qarşı ümidlərim səndən sonra yarım qaldı, Sənlə başlayan mətnlərin adətən olmur ardı.
Yuxum yoxdu yenə,misra sonuna çatmamışdı, İstədim yazım səndən,qələmim əldə çatlamışdı. Bulanığ görürdüm səni,gözümə tor qarışdı, Yaxşı gedirəm indi,bilirəm çox danışdım.