Verse1: Əzizim dodaq büzür, o gecəmdi ya gündüzüm, Qara-qarə gedir gözüm, badə-badə şərab süzüm. O həmişə istəyirdi, aşiqənə sətir düzüm, İnsan bir sevgini almağçün inan satar yüzün.
O ancaq elə bilirdi həmişə xətir sözdə düzəlir, Qəlbi təmiz, buna görə tək üzdədi səhvi. Bu aşiq hər bəndində inan ki, gözlədi səni, Və özgə yar damında mənim şeir gözlü gözəlim.
Eşqin suyu ürəyə düşsə əyər məni, Vicdanın sızıldayar, sevirdinsə əgər məni. Mən sənə şeir yazdım, qulaq asdın bəyənmədin, Dodağa dəyən dodağımdırsa bəs xətrinə dəyən nədi?
Qiyamətdən öncə dünya, dərd insandı, Yəqin ki, ən sonuncu ümid itəndə səndin sandıq. Hisslərin ehtirasını tap bəhanə söndür yandır, Sən isə tək bəlam olmuşdun amma eşqim sandım.
Bu dəfə qismət olmadı, mənim deyil yar alması, Yox əşi, hərşey yaxşıdı, qanın da qaralmasın. Başqası qonaq olsa əgər istəsən əzizlə, Amma qoyma məndən özgəsi saçlarını sığallasın.
Chorus: Şair yazır və qocalır ildən ilə, Bağlana gözü gözlərimə. Yollar ayırır, aparır bizi bizdən, daha dön mənə Gəəl, gəl yenə, gəzəriy əl-ələ, Gəlməsə qəlb üzülər elə, susar nəğmələr, Sərxoş yazdım, naxoş dinləmələr.
Verse2: Dedin ki, gəl görüşəy çıxdım evdən tez tələsik, Ciddi səbəb yoxdu görüşə bəhanəydi hər dəfəsi. Düzdü çox incitdin, yaşamamışdım hələ beləsin, Mənə qarşı eləbir hərəkət elə ki mənə də ləzət eləsin.
Nəfəsim gedib gəlir, ciyərlərim magistral, Mənsə elə bir, okeanam ki, adalarımla dəniz viran. Sevgi hamıya eyni tələni, amma, müxtəlif qurar, Gərək ki, kobud olasan, günahkardı həris vuran.
Heçnə gizli deyil, kimsə nəyisə bilsə deyir, Tütün baxışlı qız var idi, gözlərini izlədiyim. Bilmədiyin birşeyi bil gizlədiyim, Əslində qolumdakı qız yox səni idin istədiyim.
Dedin ki, həyatında əvəzolunmayan biri var, Hər zaman var olsun, inan ki, fərq eləməz. O sənə gözəl söz yazır, yenə xoş olur əhval, Səni elə bir şeir edərəm 1001 kitab əvəz eləməz.
Huşumla oynayırdın, qalmadı ağıl başda, Problemin olsa əgər həll edərəm canla başla. Rəngarəng rəsmlərdə üzünü güldürə bilməsəm də Süzürəm bütün hissləri vərəqə sadə karandaşla.
Chorus: Şair yazır və qocalır ildən ilə, Bağlana gözü gözlərimə. Yollar ayırır, aparır bizi bizdən, daha dön mənə Gəəl, gəl yenə, gəzəriy əl-ələ, Gəlməsə qəlb üzülər elə, susar nəğmələr, Sərxoş yazdım, naxoş dinləmələr.
Verse3: Bahalı restoranlar olmayıbdı xəyalımdakı, Onsuz dəyər yoxdu, sən də qonaq həyatıma gir. Gec də olsa çatar sevən nazlı nigarına bil, Mövzu bizə gələndə biraz şıltaq, həyasız Bakı.
Yaz şair, sətirə tilsim hördüyüm, Uzaqlarda ümid işığıdı sənin üzündü gördüyüm. Sən ən gözəl xəyalım, ürəkdə bir adın var, Saçlarından üzünə düşən kölgəsindən öpdüyüm.
... zəhlə gedir, xoş gəlir, Bu şeirə sevgi qonaq, bizim evə əliboş gəlir. Deyirlər ki, sevmirsən, təkcə bədən xoş gəlir, Çünki, heç bir qadın görməyib gecə sərşox məni.
Adəm indi qalar qırağa, həmin almanı Həvva dərə, Qələm aşiq, tənha vərəq, yaraşmazdı əmma sənə. Bəzənər yenə qarla dərə, yay günündə yanvar gələ, Otağımda da payızdı hələ, ilk baharımı qaytar mənə.
... yanındayam, hər dərdini öyrənmiş, Yazılan hər sətrim kəlam olacağ söylənmiş. Mənə həsr elədiyini düşündüyüm həyatında Sən demə başqası varmış, mən tək deyiləmmiş.
Havayla ətrini içirəm sərxoş deyirlər elə, Olduğun yerdə qal və ruhumu qatil eləmə. Ovuclarımda günahlar qarışır bir əmələ, Bu mahnı xoş olsa belə, sənə naxoş dinləmələr...