Verse1: Gecələr gündüzümlə qarışığdı axır vaxtlar, Bilirəm hamı gedəcək amma nolar sən buraxma. Ən yaxın dostlardan xeyir yoxdu hamsı saxta, Səndən uzaq olsam belə xatirələr qalıb otağda.
Hərgün eyni dərdi çəkən bulağdı gözlər yaşımla, Sadəcə bir baxışa görə qaldın əbədi yaddaşımda. Bu mahnının yazılmağına səbəb sənsən ən başında, Başqalarına bənzəmirsən, onlar artıq yadlaşırlar.
Yuxusuzluq dəli eliyir istəmədən ağlıyanda, Sən gecələr şirin yuxuda nolar mənə görə oyanma. Öskürək də bir yandan sən bir yandan,dərd bir Yandan, sıxır məni, yaxşıyam desəm inanma.
Mürəkkəbdən ətrin gəlir, vərəqlərim kövərələndə, Zaman geriyə qaytarmır arzularımı köhnələndə. Həyatıma girmisənsə əziyyət olar çıxma birdə, Ciyərlərim tütün istər qəlbə qonağ sən gələndə.
Chorus(x2): Ətrini məndən alır küləklər, Sən həmişəlik dustaq ürəkdə. Qucağla məni biryerdə ölək gəəl, Cismimi al, ruhumsa göylərə.
Verse2: Həmişə susdum mən yazım 1-2cümlə, Boz həyatın çərçivələri rəngə dolur sən güləndə, Sözlərin qədər isitmir gözlərini düşünmək də Sənsiz gecələr çoxalır, yoxluğunu düşünməkdən.
Gözyaşım torpağ olsa basdırardım özümü onda, Yaşamağıma səbəb olsun qəlbindən ümid yolla. Arzuların böyükdüsə mənə də bir yer ayır orda, Sən gülümsə mən dərdinə ağlıyaram narahat olma.
Sənlə yazdığım talehi kaş öncədən pozsaydım Münasibət dağılırdı, sən bu işdə ustaydın. Sənsizlik möcüzəydi amma ki mən yox saydım, Hərşey daha gözəl olardı, qollarımda olsaydın.