Гуру Песен Популярное
А Б В Г Д Е Ж З И К Л М Н О П Р С Т У Ф Х Ц Ч Ш Э Ю Я
# A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z

BadClause - Sakitləşdirici | Текст песни

Pesni.guru - сайт для Гуру

Ayrı şәhәr, ayrı küçә. Ayrı insanlar üz vuran,
Sәni mәndәn ayırır yollar, ayırır magistral.
Bakıda qalan xatirәlәr zibildi, amma, tәmiz bura,
Ayrılmaq çox sadәdir sәninçün eşq qәliz guya.
Demişdin ki, nә qәdәr ayıran olsa da belә bir olacağıq biz,
Düşündüm getmiyәssәn, eyni yolda iz olacağıq biz.
Nә günümüzә yaxşıyıq? Bәs nә günümüzә pis olacağıq biz?
İncitsәk bir-birimizi bәs onda nә olacağıq biz?
Mәn sәnә tәk qurban, verәrәm sәnә görә canımı,
Sәni yazan әllәrimsә zühurunda kölә sanılır.
Görәndә xoşbәxt hәyatı dәymәmişdi gözә qadınım,
Mәn yazıram özüm üçün elә, sәni yazanda gözәl alınır.
Bir müddәt danışmadıq, nә mәn yazdım nә sәn yazdın,
Mәn sәni әdәbilәşdirib xәtrinә qәzәl yazdım.
Sәn onsuzda gözәlsәn, makyajsız bәzәn yazdım,
Deyәndә ki, sevdiyini tәsvir elә, mәn "әcәl" yazdım.
Sәn mәnә Milena olmadın ki, hәlә bir Kafka'n olum mәn,
Şeirim şәraba dönsә, 5-10 badә, canla olur tәn.
Çayı sәnsiz içmәksә qiyamәtdi, qanla dolur dәm,
Payızımı keçmişәm tәk, bax daha yanvar olub gәl.
Söz soruşanda düzün de, mәnә yalan uydurma,
Daş üstә qalmadı daş, zibil hәyatım qala-qurma.
Dedin ki, "Yaraşmırıq heç, mәnә o qәdәr yaxın durma,
Sevirsәnsә sev uzaqdan, bir dә ki, әlini saçıma vurma."
Üzü heçvaxt gülә bilmәz әgәr o yar mәnsizsә,
Evlәnsәn başqasıyla sәn düşәcәk qan mәclisdә.
İslansın göz qapağın oxu qәmxanәni zildәn,
İçirәm tanış kafedә ayılıram amma yad mәnzildә.
Düşün ki, önündә bircә yol var onu bir gedәk mi?
O qәdәr gözәldir ki, gözün, gözümә eybi dәymir.
İl dönümümüz olsun ölәnә qәdәr onu qeyd edәk mi?
Varlığınsa xatirәlәr kimi gözәl, amma, xeyri dәymir.


Статистика страницы на pesni.guru ▼
Просмотров сегодня: 1
Видео
Нет видео
-