Гуру Песен Популярное
А Б В Г Д Е Ж З И К Л М Н О П Р С Т У Ф Х Ц Ч Ш Э Ю Я
# A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z

BadClause - Sui-Qəsd | Текст песни

Verse1:
İbtidai sinifdә ön partada mәn oxuyan uşaq,
Hәr sinif keçdikcә arxaya partaya yollanıb.
6 kitab yazmışam, heç birin oxumamışam,
Hәr zaman baxışlarımda yaxınlarım yol alıb.

Yazılar hәqiqәtdi, hәqiqәtim gözümün әsәridir,
Sükutun әsdirdiyi külәyi görәn sözüm kәsәr mi?
Bәlkә dә qәribә gәlir, amma Bakını tanımazdım, әgәr,
Köhnә sevgililәrimi evә qәdәr ötürmәsәydim.

Nәsihәt ibarәtdir: nümunә vә dә misallardan,
Әhvalı pozmadım heç, gülәrdim әn pis hallarda.
Hәyat bizә namusdan danışır, özü qucaqlarda,
Mәnim sözüm küçәlәrә ithafdır, yoxdur kitablarda.

Yazılmayan çox şey var, vәrәqin sәbri çatmır,
Daha mәni vuran yoxdur, ürәk daşdır, mәrmi batmır.
Sadәcә lirika yazdım, biraz üstünә dәrdi qatdım,
Mәnim qәlәmim şeiriyyat, nitqim әdәbiyyatdır.

Chrous(x2):
Dur, ayaqda möhkәm dur,
Sәni vuran çox olacaq, sәn uca o alçaq,
İnan ki, deyil tәk çarә hәyatdan qaçmaq.

Verse2:
15-ci mәrtәbә, balkonda, görüş yeri intihardı,
Hәyacandan әsir bәdәn, yaddaşı belә silindi artıq.
\"O özünü tәrk elәsә, rahat olacaq\" - birinci qanun,
Zümrüdü hisslәrdәn, sonra geriyә bir inci qalmır.

Sәnәtimә dәyәr vardı,tәhqir ya da söyüş gәlmir,
Hәvәslә yazırdım, işlәr yolunda olmalıydı.
Olanlar olub keçib, hәyatda әn böyük sәhvim,
Dәyәrsiz insanları adam yerinә qoymaq idi.

Әzrail baş üstümdә, dayanıb hәlә minnәt qoyur,
Deyir, mәn sәni öldürmәyçün dәrә-tәpә aşıb gәlmişәm.
Xoşbәxtlik hәyatıma qonaq olacaq, sevinәcәkdim axı,
Son bir addımında dedi, \"bağışla çaşıb gәlmişәm\".

Ciddi bir sәbәb yoxdur özümü kimә sevdirәcәk,
Bәzi qızlar var, sevmir, ölür öpüşmәk üçün.
Dedilәr qәhrәman ol, hamı sәni әzbәr bilәcәk,
Yüzlәrlә qәlb öldürdüm tarixә düşmәk üçün.

BadClause еще тексты


Другие названия этого текста
  • BadClause - Sui-Qəsd (0)
  • ¦~° Pî§KøpÂT °~¦ - Sui-Qəsd (0)
Видео
Нет видео
-
Оценка текста
Статистика страницы на pesni.guru ▼
Просмотров сегодня: 4