Гуру Песен Популярное
А Б В Г Д Е Ж З И К Л М Н О П Р С Т У Ф Х Ц Ч Ш Э Ю Я
# A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z

Badclause - Əvəzsiz #qızılgül | Текст песни

Verse1:

Yerindә olsam әgәr inan, Mirini çox sevәrdim,

Vә sonra şeir elәsin deyә sәn kimi tәrk edәrdim.

Ürәyin çox üzülәrdi, mәnsә ümidlә bәrkidәrdim.

?gәr ki, o xoş getsәydi, xoş gәlәrdi bәlkә dәrdi.

Sənsiz qocalmış cavan, mən əsiri əsrlərin,

Yazım səndən əsinlənib, vəfat edə fəsillərim.

Eşq günahı müqəssirlərin, saxlamışam nə sirrləri.

Nəzm edib də nəsirləri, yazan əllərim əsir mənim.

Hisslәrim yerlә yeksan olub, kimsә kömәyә gәlmәdi,

Tәlәsәn addımların arasında sıxışıb qalıb hәyatım.

Heçkimdәn heçnə gözlәmirәm, özümә gәlmәdim,

İçimdә parçalır dünya gözlә tәr axır.

Tuta bilmәz zamanı, mәsafәlәr qurbanı insan,

Hava sәni xatırladır, sәrilib yollara vicdan.

Ağlama demişdim axı, yağmasın yanaqlara leysan,

Nә olursa olsun, boyunbağımı tullama heçvaxt.

Yolunda sürünәrkәn, durdum, gözlәdim qüruru,

Gәrәk ki, ölәydi xatirә, sәninlә yaşamayaydı can.

Deyәsәn mәndәn soyudun, sonra gözlәrin qurudu,

Biraz da sәbrli ol, bir ay sonra Bakıya qayıdıram.

chorus(x2):

Yerini verәn olmadı, doğma mahnılarda sәnin,

Başqaları yaraşdırır yanıma sәni.

yenә yanıma gәlib.

Sevgin gözәldi, olmaya canıma qәnim.

Verse2:

Nә qәdәr baxdım üzünә, gözünü qaçırdın gözümdәn,

Nә qәdәr düzün danışsam da çıxırdın sözümdәn.

Nә qәdәr çarәsiz oldum, yolu axtardım özümdә,

Çoxsu da sanır ki, dәrdi yoxdu tәk yazır dözümdәn.

Düşәndә gözdәn üzrlәr, qırıldıq istәmsizcә,

Kürәyimdә yara çoxdur qucaqla izlәri gizlә

\"Bizi tәk bizdәn başqa ayıra bilmәz heçkimsә,\"

Dedik sonra, kül olub öldü toza qarışdı әn dәrin hisslәr.

Böyükdü ətrafın, çata bilmədim yollarımız dar,

Sol yanı boş görәndә yazar әllәr, qollar sızlar.

O kәsi mәn öldürәrәm toxunan olsa bircә telinә,

Sənsә mәni commentlərdə tanımadığım qızlara qısqan.

Mәndәn gizlәnirdin amma, gözümә dәyirdi eybin,

Daha mәni itirirdin könül verib yad könülә.

Bir sәn yoxsan deyә yaşamaq çox çәtin şeydi,

Mәzar bir gün qazılar amma insan hәr gün ölәr.


Статистика страницы на pesni.guru ▼
Просмотров сегодня: 1
Видео
Нет видео
-