Ayrılıq qəlbimə çox ləkə salsa da sildim, Hər sabah gözlədim, hər gün öldüm də dirildim. Gec gəldin, bir anlıq gəlmiyəcəksən elə bildim, Şükür olsun, Allahım, tam ümidsiz də deyildim.
Nəqarət Ver əlini gəzək bir az, ver əlini gəzək bir az, Başlayaq hər şeyi başdan. Ver əlini gəzək bir az, ver əlini gəzək bir az, Bir qədər keçsə də yaşdan. Yenə ruhum çırpınsın, eyni hiss, eyni təlaşdan, Ey sevdam, gəl artıq, al-apar ağlımı başdan. Yenə ruhum çırpınsın, eyni hiss, eyni təlaşdan, Ey sevdam, gəl artıq, al-apar ağlımı başdan.
Hər dəfə röyada səninlə görüşərdim mən, Ayılınca röyadan yanımda olmazdın sən. Aman Allah bilməzdim, gerçəkləşər yuxu bəzən, Bu gerçək dünyama sonunda xoş gəldin sən.