Гуру Песен Популярное
А Б В Г Д Е Ж З И К Л М Н О П Р С Т У Ф Х Ц Ч Ш Э Ю Я
# A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z

|BIRLIK Məhəmməd Süleyman oğlu Füzuli - Süluki-fəqr ətvarım, məzaqi-eşq halımdır - Səsli şeir | Текст песни

http://vk.com/vahidat

Süluki-fəqr ətvarım, məzaqi-eşq halımdır,
Təcərrüd aləmi seyrində aləm payimalımdır.

Xəyalımda budur kim, bulmuşam aləmdə bir xilqət,
Nə aləm, hankı xilqət, sandığm batil xəyalımdır.

Cünun feyzilə azad olmuşam qeydi-əlayiqdən,
Kəmalü fəzl tərki, rütbeyi-fəzlü kəmalımdır.

Mənəm şəm'i-vüsalə yandıran pərvanəvəş varın,
Fənayi-mütləqim canan ilə bəzmi-vüsalımdır.

Təbiba, qılmışam təşxis, dərdi-eşqdir dərdim,
Əlamət ahi-sərdü ruyi-zərdü əşki-alımdır.

Həvadən mövcə gəlmiş bəhri-dərdəm, şahidi-halım
Dili-püriztirabü naleyi-bie'tidalımdır.

Füzuli, aləmi-fəqrü fənadə mün'imi-vəqtəm,
Diyari-məskənət, nəqdi-qənaət mülkü malımdır.

|BIRLIK Məhəmməd Süleyman oğlu Füzuli еще тексты


Видео
Нет видео
-
Оценка текста
Статистика страницы на pesni.guru ▼
Просмотров сегодня: 1