KÜÇƏLƏRƏ SU SƏPMİŞƏM Küçələrə su səpmişəm, Yar gələndə toz olmasın Elə gəlsin, elə getsin, Aramızda söz olmasın. Samovara od salmışam. İstəkənə qənd salmışam. Yarım gedib tək qalmışam. Nə əzizdir yarın canı, Nə şirindir yarın canı. Samavarı alışdırın, Maşa gətdim qarışdırın Küsülüyük barışdırın Nə əzizdir yarın canı, Nə şirindir yarın canı. Piyalələr irəfdədir Hərəsi bir tərəfdədir Görməmişəm bir həftədir Nə gözəldir yarın canı, Nə şirindir yarın canı.