Hər şey gözəldir həyatda Sən bu gözəlliyi anlaya, duya bilsən, Hər şey gözəldir həyatda Özün bir zərrə gözəllik yarada bilsən, Yarada bilsən.
Arzuda inam, inamda şübhə qorxusu, Ümüddə səadət, səadətdə onu itirmək qorxusu Nə qədərdir, nə qədərdir, nə qədərdir.
Bir dəfə yaşayırıq bu işıqlı dünyada, Bürünüb bir vücuda. Milyon-milyon yollara, Talelərə adlara, Tuşlayıb ümüdləri, Hərəmiz bir hədəfə, Bir dəfə yaşayırıq, Hərəmiz bircə dəfə. Bir dəfə yaşayırıq, Hərəmiz bircə dəfə.
Eləsini sevək ki, Bu sevgi ömrümüzü Bu sevgi ömrümüzü, Nurlandırsın isitsin, qışda, baharda da, Yağışlı gündüzlərdə, Zülmətli gecələrdə, Mavi axşamlarda, bəyaz şaxtalarda. Mavi axşamlarda, bəyaz şaxtalarda.
Hər şey gözəldir həyatda Sən bu gözəlliyi anlaya, duya bilsən Hər şey gözəldir həyatda Özün bir zərrə gözəlliy yarada bilsən, Yarada bilsən