Küfr-i zülfün salalı rəhnələr imanımıza,
Kafir ağla bizim əhvalı-pərişanımıza.
Səni görmək mütəəzir görünür, böylə ki bu eşq
Sənə baxdıqca dolar dideyi-qiryanımıza.
Cəvri çox eyləmə, kim olmaya nagah tükənə
Az edib cəvrü-cəfalar qılasan canımıza.
Əksik olmaz qəmimiz bunca ki bizdən qəm alıb,
Hər gələn gəmli gedər şad gəlib yanımıza.
Gəmi-əyyam Fizüli bizə bidad etdi,
Gəlmişik əcz ilə dad etməyə sultanımıza.
Buludlar еще тексты
Оценка текста
Статистика страницы на pesni.guru ▼
Просмотров сегодня: 1