Adını dağları yazdım – buna heç dözmədi dağlar, Sənin eşqinlə alışdım, ah edib inlədi dağlar. “Ucasan sən!” – deyə sordum. “Hanı yarın?” – dedi dağlar. Nə xəbər var, nə soraq var, nə gələn var, nə gedən var. Nə xəbər var, nə soraq var, nə gələn var, nə gedən var.
Gözüm yollarda qalıb, yar: nə gələn var, nə gedən var. Sənə bənzər, sənə oxşar nə gələn var, nə gedən var. Sənə bənzər, sənə oxşar nə gələn var, nə gedən var. Gözüm yollarda qalıb yar: nə gələn var, nə gedən var.
Qəm özü bezibdi məndən atıb məni qaçmaq istər. Kədər sevindirir məni, ürəyimi açmaq istər. Ümidim qanadlarımdı xəyalımla uçmaq istər. Ümidim çox, qəfəsim dar. Nə gələn var, nə gedən var. Ümidim çox, qəfəsim dar. Nə gələn var, nə gedən var.
Nəqarət
Yenə səssizlik içində nə haldayam bilən də yox. Mənə divanə deyirlər, dəliliyimi görən də yox. Qapımı küləkdən özgə açan da yox, döyən də yox; Xəyalım, mən və dörd divar, nə gələn var nə gedən var. Xəyalım, mən və dörd divar, nə gələn var nə gedən var.
Nəqarət
Yenə cümə – yenə yoxsan; ürəyim qandı səhərdən. Gözümün yaşı seçilmir, gözəlim, acı zəhərdən. Yenə məhbəsdə olanlar görər öz yarını hərdən; Mənə yoxdur amma qəmxar, nə gələn var, nə gedən var. Mənə yoxdur amma qəmxar, nə gələn var, nə gedən var.
Nəqarət
Günəş həsrətimlə yandı, kədərimlə ay da soldu. Səni sordum hər ötəndən, ürəyim qan ilə doldu. Dedim bu yaz gələcəksən, payız ötdü və qış oldu. Kəfən olsun bu yağan qar, nə gələn var, nə gedən var. Kəfən olsun bu yağan qar, nə gələn var, nə gedən var.